14 Avqust 2019 15:05
465
İQTİSADİYYAT
A- A+

31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb


Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markası təqdim olunub.

AZƏRTAC "Azərpoçt” MMC-yə istinadla xəbər verir ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanaraq, 5 min ədəd tirajla Belarusun Bobruysk şəhərində çap edilib. Blokun ölçüsü 75x95 millimetr, markanın ölçüsü isə 37x52 millimetrdir.

Markanın üzərində "31-ci Beynəlxalq İnformatika Olimpiadası”nın, blokun sahəsində isə əvvəlki Olimpiadaların loqotipləri təsvir olunub. Marka ilə yanaşı xatirə ştempeli və 1000 ədəd "Birinci gün” zərfləri də hazırlanıb.

Poçt markasının və "Birinci gün” zərflərinin dizayneri Nəriman Məmmədzadə, xatirə ştempelinin dizayneri Anar Mustafayevdir.

Qeyd edək ki, mərasim çərçivəsində "Azərmarka”nın direktoru Leyla Güləliyeva və ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov "Birinci gün” zərflərini xatirə ştempeli ilə möhürləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video