Alternative content

12:46 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:29 23.10.2019 Diplomatik zərbə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi
Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:28 14.08.2019

Məsuliyyətli uşaq sərbəst şəkildə məktəb tapşırıqlarını yerinə yetirir, yuxudan vaxtında qalxır, şəxsi təmizliyinə fikir verir, valideynlərinin və başqalarının yardımına ehtiyac duymur. Uşaqda məsuliyyət əlamətləri valideynin qoyduğu məhdudiyyətlərə hörmətlə yanaşmaq və onlara əməl etmək, öz problemlərini sərbəst həll etmək gücünə malik olmaq, iş görərkən dəlillərə əsaslanmaq, səhvi etiraf etmək, uğursuzluq zamanı başqalarını günahlandırmamaq, verdiyi sözə əməl etmək, bacardığı qədər ictimai qaydaları pozmamaq kimi keyfiyyətlərlə müəyyənləşdirilir.

"Loqos” psixoloji və nitq inkişafı mərkəzinin psixoloqu Mehriban Heydərova uşaqlarda məsuliyyət hissinin formalaşması barədə danışarkən AZƏRTAC-a deyib: "Uşaqda məsuliyyət hissi 3-5 yaşlarından aşılanmalıdır. Ayaq açıb yeriməyə başlayan vaxtlarda onlarda iş və fəaliyyətə maraq yüksək olur, öhdələrinə məsuliyyət götürməkdən həzz alır, özlərini gərəkli sayır, müstəqil hiss edirlər. Bu məqsədlə 250 azyaşlı arasında aparılan araşdırma nəticəsində məlum olub ki, uşaqların 97 faizi ev işlərinə kömək etməyi sevir. Balacalar evdə öhdələrinə nə qədər erkən məsuliyyət götürərlərsə, bu, daha tez vərdiş halına keçir. Nəzərə almaq lazımdır ki, uşağın məsuliyyəti onun yaş və bacarığına uyğun olaraq artırıla bilər. Uşağı hazırlamadan üzərinə məsuliyyətli tapşırıq qoyulması onu ümidsizliyə düçar edir, özünə inam hissini zəiflədir. Bəzi halda uşağın yaşı münasib olsa da, o, məsuliyyəti qəbul etmək üçün lazımi gücə malik olmur. Uşaq bacardığı həddə "yüklənməlidir”. Onların, xüsusilə yeniyetmələrin həddən artıq yüklənməsi onlarda yalançı bacarıq, uydurma özünüidarə hissinin yaranmasına səbəb olar və nəticədə onlarda bir sıra psixoloji problemlər meydana çıxar”.

Psixoloq bu sahədə tərbiyəçilərin üzərinə düşən məsələlər barədə danışarkən bunları deyib: "Hər bir tapşırıq zamanı övladın yaşını və bacarığını diqqətə almaq lazımdır. Uşaqların məsuliyyətli olmasında örnəklər, xüsusilə ana və ata timsalı mühüm rol oynayır. Buna görə də gərək valideynlər atalıq-analıq məsuliyyətinə ciddi əməl etsinlər. Valideynlər uşaqlardan nə istədiyini aydın və qısa şəkildə izah etməlidir, "kömək eləsən, yaxşı olar”, "mümkündür”, "ola bilər”, "edə bilərsən” və s. ifadələr işlətmək lazım deyil. Əgər o üzərinə qoyulmuş məsuliyyəti yerinə yetirməsə, beş dəqiqə sonra bir daha yadına salmaq və əgər yenə etməsə, həmin işi valideyn öz öhdəsinə götürə bilər. Valideyn mehribandırsa, övladın məntiqi istəklərinə müsbət cavab verirsə, uşaq peşmanlıq hissi keçirərək növbəti dəfə onun istəyinə müsbət cavab verəcək.

Məsuliyyət hissi yaratmaq üçün zor və təzyiqdən istifadə etmək olmaz, çünki bu, valideynlə övlad arasında konflikt və narazılıq yaradar, üstəlik həmin hissin yaranmasına mane olmaqla yanaşı onu tərsliyə sövq edər”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM