Alternative content

14:04 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birinci Xəzər İqtisadi Forumunda region ölkələri arasında əməkdaşlığı daha da genişləndirmək çağırışları səslənib
Birinci Xəzər İqtisadi Forumunda region ölkələri arasında əməkdaşlığı daha da genişləndirmək çağırışları səslənib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:46 12.08.2019

Türkmənistanın "Avaza” turizm zonasında keçirilən Birinci İqtisadi Forumun açılışında çıxış edən Xəzəryanı ölkələrin hökumət başçıları mühüm təkliflər irəli sürüblər.

AZƏRTAC xəbər verir ki, Xəzəryanı ölkələrin hökumət başçıları Xəzərin regionda enerji, sənaye, nəqliyyat və ticarət baxımından əhəmiyyətini, ölkələr arasında bu istiqamətdə layihələrin həyata keçirilməsini, qarşılıqlı sazişlərin imzalanmasının vacibliyini qeyd ediblər.

Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedev forumun xüsusi bir vəzifəsinin - Xəzər beşliyi çərçivəsində yüksək səviyyəli əməkdaşlıq sisteminin işgüzar və ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin effektiv və müasir mexanizmi ilə tamamlanmasının, mühüm siyasi qərarları konkret qarşılıqlı faydalı layihələrlə gücləndirməyin vacibliyini bildirib.

Rusiya hökumətinin başçısı vurğulayıb ki, ötən il Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı qərarlarının həll edilə biləcəyinin təsdiqidir.

Neft və qazın Xəzəryanı ölkələr üçün geostrateji əməkdaşlığın ən mühüm istiqamətlərindən biri olduğunu deyən D.Medvedyev müasir iqtisadiyyatda təkcə neft və qaz hasilatı ilə kifayətlənməməyi, rəqəmsal texnologiya, əmtəə və xidmətlərin sərbəst hərəkəti, xalis energetika, rasional təbiətdən istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Xəzəryanı dövlətlər bu tendensiyalardan kənarda qala bilməzlər.

O, həmçinin optimal nəqliyyat infrastrukturunun, yüksək texnoloji və təhlükəsiz istehsalın, unikal turizm məhsullarının yaradılması məsələlərinə də toxunub.

İran İslam Respublikasının Birinci vitse–prezidenti Eshaq Cahangiri bu tarixi məqamın Xəzəryanı ölkələrin qarşısında yeni imkanların açdığını və bu məqamlardan səmərəli istifadə etməyin vacibliyini bildirib. "Müxtəlif sahələrdə əməkdaşlıq qurmalıyıq. Mövcud imkanlar ətraf mühitin qorunması və bu istiqamətdə layihələrin həyata keçirilməsi üçün gözəl fürsətdir”, - deyə Cahangiri qeyd edib. Ölkələr arasında əlaqələrin daha da inkişaf etdirildiyini vurğulayan Birinci vitse-prezident ticarət, turizm, iqtisadiyyat və nəqliyyat sahələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, İran tərəfinin bu cür əməkdaşlığı daim dəstəklədiyini, özəl sektorda da əməkdaşlıq qurmağın, layihələr həyata keçirməyin çox əhəmiyyətli olduğunu deyib.

İranın Birinci vitse-prezidenti hava əlaqələrinin genişləndirilməsi, nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və birgə qərarların qəbul olunmasını təklif edərək, İranın regionda sülh və stabilliyi dəstəklədiyini, ölkəsinin terrora qarşı olduğunu vurğulayıb.

Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin bildirib ki, forum Xəzər regionunun əhəmiyyətli, eyni zamanda, realizə olunmayan potensialı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində vacib istiqamətdir. O, bu məqsədlə ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələrində birgə tədbirlərin görülməsi təklifini irəli sürüb.

Maminin sözlərinə görə, Xəzəryanı ölkələrdə logistika infrastrukturu nəzərə alınmaqla, Rusiyanın mərkəzi bölgələrinə, habelə Şimali Avropaya çıxışı olan Türkmənistan üzərindən Şimal-Cənub dəhlizi boyunca Hindistan və İrandan yük daşımalarını artırmaq mümkündür.

Baş Nazir Xəzərdə turizmin inkişafına da diqqət çəkərək bildirib ki, təxmini hesablamalara görə, Xəzər dənizi kurortları potensial olaraq ən azı bir neçə milyon turist qəbul edə bilər. Askar Mamin Xəzərdə birgə turizmi təşviq edəcək Xəzər ölkələrinin sektoral birliyinin yaradılmasını təklif edib. Qeyd edib ki, onlardan biri də Xəzəryanı ölkələrin limanlarından çıxış yollarının istifadəyə verilməsi ola bilər.

Forum işini Xəzər regionunda ticari-iqtisadi əməkdaşlıq; regionda nəqliyyat əməkdaşlığının perspektivləri; Xəzər dənizinin enerji potensialı; Xəzər üçün yaşıl iqtisadiyyat; Xəzərdə dəniz elmi araşdırmaları sahəsində əməkdaşlıq mövzularında sessiyalarla davam etdirir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM