Alternative content

21:05 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Nazir Novruz Məmmədov İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb
Baş Nazir Novruz Məmmədov İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
15:47 12.08.2019

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Türkmənistana səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Baş Nazir ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Novruz Məmmədov iqtisadi əməkdaşlığın genişləndiyini, iki ölkə arasında mühüm layihələrinin həyata keçirildiyini qeyd edib.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri də Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, birgə layihələrin reallaşmasının həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu bildirib.

Tərəflər Soçidə təşkil olunacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində dövlət başçıları səviyyəsində keçiriləcək görüşün ölkələrimizin regional əməkdaşlığı baxımından vacib əhəmiyyət daşıdığını bildiriblər. Görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub və əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM