12 Avqust 2019 15:03
407
CƏMİYYƏT
A- A+

Yaxın iki-üç gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən mülayim keçəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə yaxın iki-üç gün ərzində hava şəraiti nisbətən mülayim keçəcək. Güclü külək gözlənilmir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Sürəti saniyədə 3-8, arabir 10 metr olan şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-31° isti olacağı ehtimal edilir.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Avqustun 14-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı proqnozlaşdırılır. Sürəti saniyədə 3-8 metr olan zəif şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi (saniyədə 5-10, arabir 12-14 metr) əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti olacağı bildirilir.

Avqustun 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında avqustun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 13-18°, gündüz 22-26° isti olacağı bildirilir.

Avqustun 14-15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Sürəti saniyədə 5-10, ayrı-ayrı yerlərdə arabir 15-18 metr olan şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video