Alternative content

15:35 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AQTA-nın nümayəndəsi: Heyvanlara ilkin klinik baxış keçirilib, heç bir problem yoxdur
AQTA-nın nümayəndəsi: Heyvanlara ilkin klinik baxış keçirilib, heç bir problem yoxdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:59 12.08.2019

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sosial dəstək mahiyyəti daşıyan "Kənddən şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Bakı şəhəri üzrə bayram yarmarkalarının biri də Xətai rayonu ərazisində, Zığ yolu - 5 ünvanında ("Nargilə” kafesinin yaxınlığı) təşkil olunub. Yarmarkada ət kəsiminə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri nəzarət edirlər. AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun 30 saylı qida təhlükəsizliyi məntəqəsi də burada fəaliyyət göstərir.

Heyvanların kəsiminə bilavasitə nəzarət edən həkim Mədət Qocayev bildirib ki, xırda buynuzlu heyvanların kəsimi artıq dünəndən başlayıb. Dünən bu məntəqədə 44 baş heyvan kəsilib və 340 baş diri heyvan satılıb. Bu gün saat 9-a qədər isə 82 baş heyvan kəsilib, 60 baş diri heyvan satışı həyata keçirilib. Heyvanlara ilkin klinik baxış keçirilib. Heç bir problemləri yoxdur. Kəsimdən sonra da heyvanlar müayinə edilərək daxili orqanları yoxlanılır.

Xatırladaq ki, bayram günlərində təşkil edilən qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli istiqaməti əhatə edir. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil olunub. "Kənddən şəhərə” satış yarmarkasına 20 minə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat müəyyənləşdirilib.

AQTA tərəfindən bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM