Alternative content

01:16 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kənddən Şəhərə” yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata təklif olunur
“Kənddən Şəhərə” yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata təklif olunur
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:41 12.08.2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar "Kənddən Şəhərə” yarmarkaları təşkil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib k, sosial dəstək mahiyyəti daşıyan "Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır. Bu məqsədlə "Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq.

Mütəmadi olaraq xarici ölkələrin təcrübələrindən və müasir innovasiyalardan yararlanan qurum tərəfindən vətəndaşlara qurbanlıq qoyunları onlayn sifariş etmək və növbə götürmək imkanı yaradıb. Bu ildən tətbiq edilən onlayn sifariş mexanizmi https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qəbul olunur. Vətəndaşların marağı və tələbatın çox olmasını nəzərə alaraq sifarişlərin qəbulu 11 avqust saat 23:59-a qədər uzadılıb.

"Kənddən Şəhərə” yarmarkaları avqustun 12-13-də 19-u Bakıda olmaqla respublikanın fərqli nöqtələrində fəaliyyət göstərəcək. Bu yarmarkalar AQTA tərəfindən müəyyən edilmiş kəsim məntəqələrinin yanında təşkil edilib və vətəndaşlar aldıqları qurbanlıqların elə yerindəcə islami qaydalara uyğun və sanitar-gigiyenik şəraitdə kəsimini həyata keçirə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən dezinfeksiya işləri ödənişsiz olaraq aparılır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM