Alternative content

14:04 13 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Xəzər İnnovasiya Texnologiyaları Sərgisində milli pavilyonla çıxış edir
Azərbaycan Xəzər İnnovasiya Texnologiyaları Sərgisində milli pavilyonla çıxış edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
20:58 11.08.2019


Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən "Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları Sərgisi təşkil olunub. Həmçinin Xəzəryanı dövlətlərin Nəqliyyat nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb.

Forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.

Forumda Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə yanaşı, Azərbaycan da milli pavilyonla təmsil olunur. Tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti də iştirak edir. Milli pavilyonumuzda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin son innovativ məhsul, xidmət və həlləri nümayiş etdirilir.

Sərgidə İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan "Virtual cərrahiyyə” startapı da təqdim olunur. "Virtual cərrahiyyə” layihəsi müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və səmərəli cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir. Belə ki, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir. Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir.

Məlumat Hesablama Mərkəzinin stendində Mobil Cihazların Qeydiyyat Sistemi nümayiş olunur. Bu, telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Sistem texniki parametrləri standartlara uyğun olmayan mobil cihazların idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması və s. üstünlüklərə malikdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM