Alternative content

01:20 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tərəfdaşlar artır, çeşid çoxalır, nüfuz yüksəlir
Tərəfdaşlar artır, çeşid çoxalır, nüfuz yüksəlir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 11.08.2019


Azərbaycanın xaricdə fəaliyyət göstərən 10 ticarət və şərab evi, ixrac missiyaları "Made in Azerbaijan” brendinin təşviqində böyük rol oynayır


Azərbaycanda aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsullarının ixrac potensialının artırılması və ixraca yönəlik sahələrin inkişafıdır. İxrac fəaliyyətinin əsas hissəsi isə xarici bazarlara çıxış, bazar araşdırmaları, bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır.

Prezident İlham Əliyevin ixracın təşviq edilməsi sahəsində imzaladığı fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq xarici ölkələrdə Azərbaycan ticarət evləri və ticarət nümayəndəlikləri yaradılır.

Ticarət evlərinin yaradılmasında əsas məqsəd ölkəmizin qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasına, "Made in Azerbaijan” brendinin xarici ölkələrdə daha da şöhrət qazanmasına nail olmaqdır.

Artıq Azərbaycanın bir neçə ölkədə ticarət və şərab evləri, ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Belə ki, 2017-ci ildə ilk dəfə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində ölkəmizin müxtəlif növ məhsullarının daimi sərgisi fəaliyyət göstərir. Bu şəbəkənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu ilin sonunadək Qazaxıstanın Nur-Sultan şəhərində ticarət evinin, Rusiyada və Çində şərab evlərinin açılması nəzərdə tutulur.

Dövlət başçısının 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanına uyğun olaraq, xarici ölkələrdə yaradılan ticarət nümayəndəlikləri də bu prosesə öz töhfələrini verirlər. Belə ki, xarici ölkələrdə ticarət nümayəndəsinin təyin olunması iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft məhsullarının ixracının genişləndirilməsində, "Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və investisiyaların cəlb olunmasında mühüm rol oynayır.

Hazırda Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir. Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəliyi Polşada yerləşir və 10 ölkəni əhatə edir.

Bunlarla yanaşı, Rusiyanın Moskva şəhərində 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olunduğu "Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərdə də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.

Qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə "Made in Azerbaijan” brendinin təbliği ilə bağlı digər dəstək tədbirlərindən biri də dövlət vəsaiti hesabına sahibkarların ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirakıdır. Bu il ərzində ixracatçıların Almaniyada keçirilən "Beynəlxalq Yaşıl Həftə”, "Fruit Logistika” və "Prowein”, Rusiyada "Prodexpo” və "Mosbuild”, Birləşmiş Ərəb Əmirliklərində "Qulfood”, Çində "Sial China” dünya miqyaslı beynəlxalq sərgilərində sahibkarlarımız vahid ölkə stendi ilə iştirak ediblər.

İlin sonuna kimi növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur. Bununla yanaşı, altı ay ərzində ixracatçıların 17 beynəlxalq sərgidə fərdi qaydada iştirakına dəstək göstərilib.

Onu da vurğulayaq ki, İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilir. İqtisadiyyat naziri Şahin Mustafayev mətbuata açıqlamasında bildirib ki, bu ilin son 6 ayı ərzində ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bugünədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dollarından çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.

İxracın stimullaşdırılması tədbirləri çərçivəsində prosedurlar sadələşdirilir, yerli məhsullarımızın ixrac potensialı yüksək olan ölkələrdə ticarət nümayəndələri fəaliyyət göstərir, ticarət evləri və şərab evlərinin yaradılması ilə bağlı işlər davam etdirilir. Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb.

Əlbəttə ki, istehsalın təşviqi istiqamətində görülmüş işlər ixracın artımı ilə nəticələnir. Qeyri-neft ixracının son illərdəki göstəricilərinə nəzər yetirsək, bunu aydın görə bilərik. Belə ki, son 3 il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard dollar təşkil edib, 167 yeni növ məhsulun ixracına başlanıb, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. Qeyri-neft ixracında 452 milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb. Qeyd edilməlidir ki, ixracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış imkanlar xarici ticarətlə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxarıb və 79 faizlik artım müşahidə olunub. Bu, artan iqtisadi fəallığın və şəffaflığın əyani göstəricisidir.

Eyni tendensiya 2019-cu ilin altı ayında da davam edib, qeyri-neft ixracı 15 faiz səviyyəsində artaraq 980 milyon dollar təşkil edib, ticarət tərəfdaşlarının, mal çeşidlərinin və ticarət iştirakçısı biznes subyektlərinin sayında artım qeydə alınıb.

Beləliklə, görülən bütün işlər sayəsində "Made in Azerbaijan” brendinə dünya bazarında tələbat artır və ixracın coğrafiyası genişləndirilir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM