Alternative content

21:04 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurban kəsmək savabdır
Qurban kəsmək savabdır
ANA SƏHİFƏ / Mədəniyyət
00:32 11.08.2019


Müsəlman dünyası əziz bayramını - mübarək Qurban bayramını qarşılayır. Bu bayramın islam aləmində xüsusi yeri var. Müsəlmanlar onu həmişə sonsuz sevinc hissi ilə qarşılayırlar. Bayram günlərində möminlər evlərini təmizləyib bəzəyir, dadlı yeməklər bişirir, ən yaxşı paltarlarını geyinirlər. Küçə və meydanlar çıraqban olur. Hamı bir-birini bayram münasibətilə təbrik edir.

Məlum olduğu kimi, qurbankəsmə mərasiminin tarixi qədim dövrlərə gedib çıxır. Tarix boyu dünya xalqları bu ayini müxtəlif cür icra etmişlər. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur. Hər üç səmavi dində - iudaizm, xristianlıq və islamda bu və ya digər formada qurbankəsmə ayini var. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında tamamilə yeni səhifə açdı, Allahın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş vəhşi münasibətə son qoydu.

Qurban bayramı İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalatla əlaqədardır. Həmin əhvalat Qurani-şərifdə əksini tapmışdır. Müqəddəs Kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir, əhvalı pozulur. Bir ata kimi - özü də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və axırda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyruğu yerinə yetirilməlidir. İbrahim peyğəmbər sevimli oğlunu qurban kəsmək istəyəndə isə nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir. Elə bu məqamda səmadan səs gəlir: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdursa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (Quran, Saffat, 104-105).

Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı sınağa çəkirdi və onun bu sınaqdan mətanətlə çıxdığını görüb İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərir. İbrahim peyğəmbər qoçu qurban kəsib Allaha şükür edir...

Qurban bayramının əsasında duran bu hadisənin böyük mənası var. Bir tərəfdən Allah-taala İbrahim peyğəmbərin səmimiliyini, Tanrıya sədaqətini və qəlbən bağlılığını, Onun buyuruqlarına əməl etməyə hazır olduğunu sübut etdi. Digər tərəfdən isə, Allah-taala İbrahim peyğəmbər vasitəsilə öz bəndələrinə bildirdi ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən qoç göndərməklə yalançı etiqadların puçluğunu, yaratdığı ən mükəmməl məxluqun - insanın hər şeydən uca olduğunu nəzərə çatdırdı.

Belə bir məqamı vurğulamaq lazımdır ki, qurban kəsmək Allaha xoş gələn əməllərdəndir. Müsəlman qurban kəsməklə Yaradana sədaqətini nümayiş etdirir. Elə "qurban” sözünün hərfi mənası ("yaxınlıq”, yəni Allaha yaxınlıq) da buna dəlalət edir. Başqa sözlə, müsəlman qurban kəsərək Uca Yaradana yaxınlığını, ona sədaqətini bir daha sübut edir.

Qurban kəsmək Məkkədə həcc ziyarətində olan zəvvarlar üçün vacibdir. Zəvvarlar qurban kəsməklə həcc ziyarətini başa vururlar. Həcc ziyarətində olmayan yüz milyonlarla müsəlmanın isə qurban kəsməsi vacib olmasa da, Allah-taalanın yanında böyük savabdır, çünki kasıblara qurban əti paylamaq onların bayram əhvali-ruhiyyəsində yaşamasına imkan verir. Bununla belə, qurbanı yalnız imkanlı şəxslər kəsməlidir. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərclə qurban kəsməsi məqbul deyil.

Qurban qoyun, keçi, dəvə və inəkdən kəsilməlidir. Çöl heyvanlarından, eləcə də quşlardan qurban kəsilməz. Qurbanlıq heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Xəstə, arıq, çolaq, gözü kor, buynuzu sınmış, dişləri tökülmüş, qulağı, quyruğu kəsilmiş, boğaz heyvandan qurbanlıq olmaz. Qurban əti, adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən, peyğəmbərimiz Məhəmməd salavatullah Qurban bayramında çoxlu qurban kəsib kasıblara paylayarmış.

Qurbanlığın başqa bir gözəl xüsusiyyəti də var. Belə ki, burada dini ayrı-seçkiliyə yol verilmir. Yəni başqa dinə mənsub olan imkansız insan varlı müsəlmanın imkanlarından bəhrələnib adi günlərdə əli çatmayan qurbanlıq ətindən yeyə bilər və bu, onun haqqıdır. Qurbanlığın məğzi də elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli icra edirlər.

İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını qismən də olsa ödəməsi xeyirxahlığın təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin paylanması insanların bir-birinə kömək göstərməsinin vacibliyinə dəlalət edir.

Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü göstərir. Qurban ətinin paylanması maddi sərvətlərin ədalətli bölüşdürülməsi mənasına gəlir.

Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayır. Müsəlmanlar bir-birinə daha yaxın, daha məhrəm, daha mehriban olurlar.

Dövlətimiz vətəndaşların qurban bayramını arzuolunan səviyyədə qeyd etməsi üçün lazımi şərait yaradır. Azərbaycan möminləri iki gün bayram sevinci yaşayırlar. Səlahiyyətli orqanlar qurbanlıq heyvanların satışı və kəsimi üçün baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən yerlər ayırmışdır. Bayram günlərində ölkədə 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

Allah-taala kəsəcəyimiz qurbanları qəbul eləsin! Gələn Qurban bayramını Qarabağda qeyd edək, inşallah!

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM