Alternative content

21:06 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həyat eşqi sönməyənlər
Həyat eşqi sönməyənlər
ANA SƏHİFƏ / Mədəniyyət
00:29 11.08.2019


Bu dünyanın gözəllikləri yalnız gəzdiyin, gördüyün yerlərdə yaddaşına köçənlərdən, təsəvvüründə qalanlardan ibarət deyil. İnsanın qəlbi ilə hiss etdiyi əsrarəngiz bir aləm də var.

Ancaq onu hər kəs "görə” bilmir. O aləmə könlünün gözləri ilə baxmaq, duymaq mümkündür. Bir çoxunun xəbərsiz olduğu bu hissləri, qəlbi ilə gördüklərini təsvir etmək üçün isə xüsusi istedad, bacarıq lazımdır.

Onlar öz duyğularını, daxili aləmlərini, arzularını, ümidlərini özlərinə məxsus şəkildə ifadə etmək qabiliyyətinə malik olan gənclərdir. Sağlamlığı məhdud olan həmin gənclərdən biri - Elvin Ələkbərzadə 1994-cü ildə Lənkəranda dünyaya göz açıb. O, bədii oyma sənətinə maraq göstərir. 2017-ci ildə Peşə Reabilitasiya Mərkəzində ağac üzərində oyma peşəsinə yiyələnib. Elvinin görmə qabiliyyəti zəif olsa da, əl işlərinə baxdıqca insan heyrətə gəlir. Onun incə naxışlarla yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş ağac üzərində oyma işində vətənimizə aid bütün atributlardan istifadə edilib.

O, çox optimist və həyatsevər gəncdir. Elvin, bütün çətinliklərə baxmayaraq, həyatda öz yerini tapıb və sübut edib ki, insan istədiyi hər şeyə nail ola bilər.

Elvin 2017-ci ildə Ankarada Avropa könüllüsü kimi gənclərin beynəlxalq mübadilə proqramlarında yaxından iştirak edərək digər ölkələrdən gəlmiş əlilliyi olan gənclərə ağac üzərində oyma peşəsini öyrədib. Hazırda isə o, Antaliyada Avropa könüllüsü olaraq öz peşəsini öyrətmək üçün bir illik dəvət alıb.

Başqa bir istedadlı gənc - Aytəkin Şahməmmədova isə 1993-cü ildə Zəngilan rayonunda anadan olub. Elə həmin il erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş doğma torpağının - Zəngilanın nisgili və ağrı-acısı hələ də Aytəkinin qəlbindədir.

Hərəkət məhdudiyyəti olsa da, o, rəssamlıq peşəsinə yiyələnməyi qarşısına məqsəd qoyub. Bu istəklə 2016-cı ildə Peşə Reabilitasiya Mərkəzinə gəlib, rəssamlıqla yanaşı, toxuculuq (muncuqlarla) peşəsinin sirlərini öyrənib. Aytəkinin xüsusi zövqlə rəngli muncuqlardan yaratdığı gül kompozisiyalarında zəriflik və nəciblik hiss olunur. O, 2015-ci ildə IX Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsində və bir sıra sərgilərdə iştirak edib.

Bu istedadlı gənclərin arzuları tükənməzdir. Ona görə də seçdikləri peşənin sirlərinə dərindən bələd olmaq, yeni əsərlər yaratmaq üçün böyük həvəslə çalışırlar.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM