11 Avqust 2019 00:27
879
İDMAN
A- A+

Sumqayıtda paralimpiyaçılarla görüş


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində İtaliyanın Genov şəhərində keçirilmiş paracüdo üzrə Avropa çempionatında yüksək nailiyyətlər qazanmış İlham Zəkiyev, Namiq Abbaslı, Kənan Abdullaxanlı, Səbinə Abdullayeva və pauerliftinq üzrə Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanmış Elşən Hüseynovla görüş keçirilmişdir.

Görüşdə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, əməkdar məşqçilər, dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər iştirak etmişlər. Tədbirdə vurğulandı ki, dövlət digər sahələrə olduğu kimi, bədən tərbiyəsi və idmana da diqqət və qayğı göstərir. Bu gün idmançılarımız mötəbər yarışlarda iştirak edib ölkə idmanının şanlı tarixini yaradırlar. Beynəlxalq miqyaslı turnirlərdə nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı var. İdmançılar şəhərdəki komplekslərdə məşğul olur, onlara yaradılan şərait nəticəsindən yeni-yeni uğurlara imza atırlar. Bildirildi ki, ölkə rəhbərinin həyata keçirdiyi sosialyönümlü, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində qısa müddətdə Sumqayıtın da sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunmuşdur. Ümummilli Liderin adına layiq, əzəməti ilə insanı valeh edən Heydər Əliyev Mərkəzi, Şahmat və Uşaq İncəsənət məktəbləri, Yeni Azərbaycan Partiyasının inzibati binası, Sumqayıt bulvarı son illər yaradılmış memarlıq inciləridir.

Əməkdar bədən tərbiyəsi və idman xadimi, paracüdo üzrə milli komandanın baş məşqçisi İbrahim İbrahimov, Əməkdar məşqçi Yengibar Əliyev və ikiqat paralimpiya çempionu İlham Zəkiyev Milli Olimpiya və Paralimpiya komitələrinin, Gənclər və İdman Nazirliyinin və federasiyaların bədən tərbiyəsi və idman sahəsində gördüyü məqsədyönlü işlərin Sumqayıtda uğurla davam etdiyini vurğuladılar.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video