11 Avqust 2019 00:26
867
İDMAN
A- A+

Parlaq gələcək


İyulun 21-27-də Bakıda XV Avropa Gənclər Olimpiya Festivalına yekun vuruldu. Bir həftə davam edən yarışlarda 48 ölkəni təmsil edən 14-18 yaş arasında 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı.

Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və digərlərini qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur. Medallardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürüncdür.

Azərbaycan komandasının üzvləri 10 idman növü üzrə keçirilmiş yarışların 3-də medallar əldə ediblər. Sözsüz ki, bütün turnirlərdə medal gözlənilən idman növləri sırasında güləş xüsusi yer tuturdu. Pəhləvanlarımız bu dəfə də ənənələrinə sadiq qalaraq 3 gün keçirilən yarışlarda ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar. Bununla da 13 ölkə arasında ilk pillədə yer aldılar.

Pəhləvanlarımızla yanaşı, medal estafetini cüdoçularımız da davam etdirməklə 3 yarış günündə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Heydər Əliyev adına İdman Sarayında keçirilən, 40 ölkədən 297 cüdoçunun qatıldığı yarışda Azərbaycan 4 qız və 8 oğlan idmançı ilə təmsil olunub.

Gimnastika yarışlarında isə Azərbaycan atleti Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb. Gimnastımız dəstəli at yarışlarında uğurla çıxış edərək 13,600 xal toplayaraq bu nəticəyə nail olub.

Ağaəli MƏMMƏDOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video