Alternative content

00:05 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İkinci nailiyyət: gümüş mükafat
İkinci nailiyyət: gümüş mükafat
ANA SƏHİFƏ / İDMAN
00:23 11.08.2019


Gənc idmançı, XV Avropa Gənclər Yay Festivalının sərbəst güləş üzrə gümüş medalçısı Elnurə Məmmədova ilə Tovuz Rayon İcra Hakimiyyətində görüş geçirilmişdir.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından danışmış və qeyd etmişdir ki, bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmanın həyat tərzinə çevrilməsi üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi xidmətlər nəticəsində indi idmançılarımız ölkəmizi ən mötəbər beynəlxalq yarışlarda uğurla təmsil edirlər. Ötən ay Bakıda keçirilən XV Avropa Gənclər Yay Festivalında 48 ölkə arasında Azərbaycan millisi dördüncü yeri tutmuşdur. Medal qazanan idmançılar arasında tovuzlu Elnurə Məmmədova da var. Sərbəst güləş üzrə 53 kiloqram çəki dərəcəsində II yerə çıxan Elnurə festivalın gümüş medalına layiq görülmüşdür.

Qeyd edilmişdir ki, bu, cari ildə Elnarənin ikinci nailiyyətidir. Belə ki, o, iyun ayında İtaliyada keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında bürünc medal qazanmışdır. Görüş iştirakçıları Elnurə Məmmədovanın məşqçisini və valideynlərini təbrik edərək gənc idmançıya yeni-yeni qələbələr arzulamışlar.

Sonra Elnurə Məmmədovaya Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur. Gənc idmançı ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmiş və onun idmançı kimi yetişməsində əməyi olanlara təşəkkür etmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM