Alternative content

01:16 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvanda Beynəlxalq Gənclər Günü qeyd edilib
Naxçıvanda Beynəlxalq Gənclər Günü qeyd edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:22 11.08.2019


Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu fikir 12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Naxçıvan şəhərində təşkil olunan tədbirdə əvvəlcə gənclərə "Cinemaplus”da Naxçıvan televiziyasının hazırladığı qısametrajlı film nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Canməmməd Canməmmədov çıxış edərək gənclərə muxtar respublikada aparılan gənclər siyasəti və fiziki imkanları məhdud yeniyetmə və gənclər üçün yaradılan şərait haqqında məlumat veriblər.

Qeyd edilib ki, nümunəvi və vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanın təbliği muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda 12 avqustun Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin gündən etibarən Azərbaycanda da bu gün hər il qeyd olunur.

55 gəncin iştirakı ilə keçirilən görüşdə gənclər üçün çay süfrəsi təşkil olunub.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM