11 Avqust 2019 00:15
648
DÜNYA
A- A+

Tramp: “ABŞ Çin ilə ticarət sazişinə hazır deyil”


ABŞ bir sıra məsələlərə dair fikir ayrılığı olduğuna görə Çinlə ticarət sazişi bağlamağa hələ hazır deyil. Bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış etmişdir.

Tramp bildirmişdir ki, "Çin ticarətlə əlaqədar nəsə etmək istəyir, amma mən hələlik hansısa addım atmağa hazır deyiləm”. O əlavə etmişdir ki, Vaşinqton hələlik Çinin "Huawei” şirkəti ilə əməkdaşlıq etmək niyyətində deyil, lakin ticarət sazişi əldə edilsə, vəziyyət dəyişə bilər.

İki ölkə arasında ticarət müharibəsi ötən həftə Tramp Çin məhsullarına əlavə rüsumlar tətbiq etdikdən sonra kəskinləşmişdir. Buna cavab olaraq ÇXR ABŞ-dan kənd təsərrüfatı məhsulları almağı dayandırmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video