Alternative content

01:17 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxanada Rafael Hüseynov-65 adlı kitab sərgisi açılmışdır
Milli Kitabxanada Rafael Hüseynov-65 adlı kitab sərgisi açılmışdır
ANA SƏHİFƏ / Elm və texnika
18:35 10.08.2019

Milli Kitabxanada 10 avqust 2019-cu il tarixində görkəmli ədəbiyyatşünas,tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü, Millət Vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Rafael Baba oğlu Hüseynovun yaradıcılığına həsr olunmuş kitab və dövri-mətbuat sərgisi açılmışdır. Sərgidə müəllifin azərbaycan və xarici dillərdə əsərləri, elmi məqalələri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, dövri mətbuat materialları nümayiş olunur.Sərgi 10 gün davam edəcək.
Rafael Baba oğlu Hüseynov ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli” qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı məqalələri dərc edilmiş, Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər” və "Axşam görüşləri” adlı həftəlik verilişlər silsiləsi efirdə səslənmişdir. "Qobustan” incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı”, "Əsas odur ki, xalq sizi sevir”, "Həsrət qatarı” və s. publisistik yazıları çap olunmuşdur. Orta əsrlər fars və türk dilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifidir. AYB-nin və Teatr Xadimləri İttifaqının üzvüdür. M.Gəncəvinin rübailərini, R.Rza və N.Rəfibəyli haqqında "İki ömrün işığı” (1987) adlı xatirələr və b. kitabların tərtibçisidir. ADU-da fars ədəbiyyatı (1987- 1989), konservatoriyada mədəniyyət tarixi (1990-1991), Xəzər Universitetində Azərbaycan ədəbiyyatı və Azərbaycan mədəniyyəti (1995) fənlərindən dərs demişdir. 1995-1998-ci illərdə Xəzər Universitetində Azərbaycan filologiyası və şərqşünaslıq kafedrasının müdiri olmuşdur. Onlarla monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 300 elmi araşdırmanın, 500-dən çox publisistik məqalənin, 3 tammetrajlı sənədli publisistik filmin ssenarisinin, 200-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir. 2001-ci ildən Azərbaycan Milli Məclisinin və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü seçilmişdir. Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komissiyasının sədridir. Azərbaycan-Bosniya və Herseqovina, Azərbaycan-İspaniya, Azərbaycan-İsveç, Azərbaycan-İtaliya parlamentlər arası əlaqələr üzrə işçi qrupunun üzvüdür. Hacıqabul-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. 1997-ci ildə "Cavidlər” əsərinə görə Azərbaycan Respublikası EA-nın, Yazıçılar Birliyinin, Azərbaycan Universitetinin xüsusi mükafatına layiq görülmüşdür. 2005-ci ildə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmiş, "Elmdə ad” Beynəlxalq mükafatını almışdır. "Avropa evi” quruculuğu istiqamətində xidmətləri nəzərə alınaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəsmi qeydiyyatında olan "Birləşmiş Avropa Mükafatı” prizi və medalı ilə təltif edilmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM