Alternative content

14:42 13 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zakir Həsənov: Ordu quruculuğu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir
Zakir Həsənov: Ordu quruculuğu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir
ANA SƏHİFƏ / SİYASƏT
12:15 10.08.2019

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsəlmanların mənəvi birlik və həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə şəxsi heyəti ürəkdən təbrik edən, müqəddəs və şərəfli xidmətdə uğurlar arzulayan general-polkovnik Z.Həsənovun müraciətində qeyd olunub: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində xüsusilə, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasının dövlət səviyyəsində təmin edilməsi sayəsində xeyirxahlıq, insanpərvərlik rəmzi olan Qurban bayramı ölkəmizdə böyük sevgi və mənəvi coşqu ilə qarşılanır, dövlət səviyyəsində və ümumxalq bayramı kimi qeyd olunur.

Ulu Öndərin ideyalarını sədaqətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daim möhkəmlənir, Azərbaycan dünyada daha dinamik səviyyədə inkişaf edən, islami və bəşəri dəyərlərə böyük hörmətlə yanaşılan, multikultural mühitin formalaşdığı tolerant dövlət kimi tanınır”.

Təbrikdə bildirilir ki, Azərbaycanın dövlət quruculuğunda prioritet istiqamət olan ordu quruculuğu da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir, inamlı islahatlar keçirilir, ordunun maddi-texniki təminatının daha da güclənməsi, müasir hərbi infrastrukturların qurulması ilə əlaqədar addımlar atılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, hərbi qulluqçuların mütəmadi olaraq xidməti və daimi mənzillərlə təmin edilməsi, onların maddi, sosial-məişət, xidmət şəraitlərinin daha da yaxşılaşdırılması və dövlət başçısının digər güzəştlərlə bağlı verdiyi sərəncamlar isə Ordumuzun daim diqqət mərkəzində saxlandığına əyani sübutdur.

"Bu müqəddəs bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizi ehtiramla yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbi qulluqçuları, veteranlarımızı və onların ailə üzvlərini də Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da gücləndirəcəksiniz”, - deyə təbrikdə qeyd olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM