Alternative content

01:19 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AÇG və “Şahdəniz” Azərbaycanın əsas gəlir mənbəyi olaraq qalır
AÇG və “Şahdəniz” Azərbaycanın əsas gəlir mənbəyi olaraq qalır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 10.08.2019


Təkcə "Azəri-Çıraq-Günəşli”dən 2001-ci ildən bəri 143 milyard 366 milyon dollar gəlir əldə edilib


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən bu il iyulun 31-dək 143 milyard 366 milyon dollar təşkil edib. Cari il yanvarın 1-dən iyulun 31-dək AÇG-dən 5 milyard 160 milyon dollar həcmində gəlir əldə olunub.

O cümlədən bu ilin 7 ayında "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 209 milyon dollara çatıb. "Şahdəniz” üzrə qazın satışından ümumi gəlirlər isə 2007-ci ildən 2019-cu il iyulun 31-dək 2 milyard 703 milyon dollar təşkil edib.

Azərbaycanın neft sənayesindəki zəngin təcrübəsinə əsaslanan və 25 il əvvəl dünyanın tanınmış şirkətləri ilə birgə işlənməyə başlayan "Azəri-Çıraq-Günəşli” layihəsi irəliyə doğru mühüm addımlar atır. "Əsrin müqaviləsi” kimi möhtəşəm ad almış AÇG sazişi çərçivəsində hasilat sabit şəkildə davam edir. Bundan əlavə, AÇG yataqları ərazisində daha bir platformanın quraşdırılması nəzərdə tutulur. AÇG-dən ilkin neft 1997-ci ilin noyabr ayında "Çıraq” platformasından alınıb. Həmin vaxtdan 2018-ci ilin sonunadək AÇG blokundan 3,5 milyard barel neft çıxarılıb.

Hazırda AÇG-də 8 platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat platformasıdır. Bu qurğuların hamısından neft və səmt qazı çıxarılır. Bu ilin birinci yarısında onlar ümumilikdə 98 milyon bareldən çox, yəni 13 milyon ton neft verib. Gündəlik ümumi hasilat 542 min 400 barel təşkil edib. Ayrı-ayrı platformalar üzrə isə gündəlik orta hasilatın səviyyəsi belə olub: "Çıraq” - 42 min, "Mərkəzi Azəri” - 131 min, "Qərbi Azəri” - 120 min, "Şərqi Azəri” - 94 min, "Dərinsulu Günəşli” - 96 min və "Qərbi Çıraq” - 60 min barel.

AÇG-də indi 124 neft hasilatı quyusu, 51 su və qaz injektor quyusu fəaliyyətdədir. Burada yeni quyular da qazılır ki, onların da sayı cari ilin birinci yarısında 7 olub.

Məlum olduğu kimi, bu yataqlardan neftlə bərabər səmt qazı da hasil edilir. Həmin qazın bir qismi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın böyük hissəsi isə təmənnasız olaraq Azərbaycana təhvil verilir, yəni SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qazpaylama sisteminə ötürülür.

Bu ilin birinci yarısında da əsasən Səngəçal terminalı, həmçinin Neft Daşlarındakı qurğular vasitəsilə SOCAR-a gündə orta hesabla 5 milyon kubmetrdən çox, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı verilib.

AÇG-nin əməliyyatçısı olan BP Azərbaycan şirkətindən aldığımız məlumatlarda o da bildirilir ki, ilin birinci yarısında layihə üzrə əməliyyat xərcləri 272 milyon dollardan çox təşkil edib. Əsaslı xərclər isə 657 milyon dollardan artıq olub.

Hazırda AÇG-nin tərəfdaşları bunlardır: BP (Böyük Britaniya, 30,37 faiz), SOCAR (Azərbaycan, 25 faiz), "Şevron” (ABŞ, 9,57 faiz), "İnpeks” (Yaponiya, 9,31 faiz), "Ekvinor” (Norveç, 7,27), "EksonMobil” (ABŞ, 6,79 faiz), TPAO (Türkiyə, 5,73 faiz), "İtoçu” (Yaponiya, 3,65 faiz), ONGC Videş Limited (Hindistan, 2,31 faiz).

2017-ci ilin sentyabrında AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanarkən də tərəfdaşlar eyni olaraq qalıb. Bu da Azərbaycanın yaratdığı mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatının daha bir nümunəsidir. Yeni HPBS-yə əsasən AÇG-nin işlənməsi müddəti 2050-ci ilədək uzadılıb. Beləliklə, AÇG blokuna həmin vaxtadək 40 milyard dollardan çox investisiya yatırılması planlaşdırılıb. Beynəlxalq tərəfdaşlar ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Onlar 2018-ci ilin əvvəlində ARDNF-yə 450 milyon dollardan ibarət ilk bonusu həyata keçiriblər.

Artıq yeni sazişə uyğun olaraq mühüm işlərə başlanıb. Belə ki, bu ilin aprel ayında AÇG-nin işlənməsinin növbəti mərhələsi sayılan "Azəri Mərkəzi Şərqi” (AMŞ) layihəsinə start verilib. 6 milyon dollar dəyərində olan bu layihəyə yeni dəniz platformasının və digər qurğuların tikintisi daxildir. AMŞ platforması gündə 100 min barelədək neft və 350 milyon standart kubfutadək qaz hasil etmək gücündə layihələndirilib. Bu qurğunun istismar müddəti ərzində 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Sözügedən layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi nəzərdə tutulub.

AMŞ üzrə iki ay əvvəl artıq tikinti işlərinə başlanıb.

"Şahdəniz”də də işlər nəzərdə tutulan qrafikə uyğun irəliləyir. Birinci yarım ildə yataqdan Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-ə), Türkiyə (BOTAŞ-a) bazarlarına BTC şirkətinə qaz çatdırılması davam edib. 6 ay ərzində yataqdan - "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından ümumilikdə 8,4 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (14,4 milyon barel) kondensat hasil olunub.

Ötən il iyul ayının sonunda "Şahdəniz Bravo”dan ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib. Mövcud "Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

AÇG-dən və "Şahdəniz”dən əldə olunan gəlirləri Azərbaycan dövləti ölkənin, xalqın ən ümdə problemlərinin həllinə yönəldir. Bu gəlirlər eləcə də ARDNF-də Azərbaycanın sabahı üçün qorunub saxlanır. Bir sözlə, ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM