10 Avqust 2019 00:45
637
İQTİSADİYYAT
A- A+

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 9-da - müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunub, eyni zamanda, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına, hərbi xidməti vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş şəxsə və Çernobıl qəzasında sağlamlığını itirmiş 1 nəfərə "NAZ-Lifan-320” markalı minik avtomobili verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər xüsusi qayğıya ehtiyacı olan şəxsləri də əhatə edir. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri mənzillər və minik avtomobilləri ilə təmin olunur, onların tibbi bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2019-cu ilin ötən dövründə 481 sağlamlıq imkanları məhdud şəxsin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 278 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 nəfərə minik avtomobili, 12 ailəyə fərdi yaşayış evi və mənzil təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanları təbrik edərək deyib: "Azərbaycanda vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Bu gün fərdi yaşayış evi, mənzil və avtomobil təqdim olunanlar da xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, vətənpərvərlik nümunəsi göstərmiş şəxslərdir. Bunlar o yerdə baş verir ki, həmin ölkədə dövlət-xalq birliyi vardır. Dövlət xalqına arxalanır, xalq isə dövlətinə inanır. Belə olan halda isə hər bir şəxs dövləti qarşısında öz xidməti borcunu layiqincə yerinə yetirməyə çalışır”.

Sonra Ali Məclisin Sədri fərdi yaşayış evi və mənzillərin orderlərini, eləcə də minik avtomobillərinin açarlarını təqdim edib.

* * *

Fərdi yaşayış evləri Şərur rayonunun Maxta, Culfa rayonunun Yaycı və Şahbuz rayonunun Badamlı kəndlərində tikilib. Mənzillərdən biri Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında, digəri isə Naxçıvan şəhərində yerləşir. Fərdi yaşayış evləri və mənzillər tam təmir olunub, müasir kommunal-məişət şəraiti yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video