10 Avqust 2019 00:40
526
İQTİSADİYYAT
A- A+

Heyvandarlar dövlət dəstəyindən razıdırlar


Ölkəmizdə aqrar sahənin inkişafına verilən dövlət dəstəyi getdikcə güclənir. Artıq uzun illərdir ki, fermerlərə güzəştli kreditlər ayrılır, əlverişli şərtlərlə müxtəlif texnikalar, gübrələr, yanacaq verilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün digər vergilərdən azad edilmişlər. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişafı və kəndlinin güzəranının yaxşılaşması üçündür.

Kəndliyə göstərilən diqqət və qayğı aqrar sektorun mühüm sahəsi olan heyvandarlığın inkişafına da müsbət təsir göstərir. Prezidentin "Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” sərəncamından sonra həyata keçirilən tədbirlər ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə və mal-qaranın baş sayının, eləcə də məhsul istehsalının artmasına səbəb olmuşdur. Sərəncama uyğun olaraq, ölkəyə damazlıq qaramalın gətirilməsi və heyvandarlıqla məşğul olan sahibkarlara lizinq yolu ilə 50 faiz güzəştlə satılması üçün dövlət büdcəsindən 15 milyon manat vəsait ayrılmışdır. Prezidentin həmin tarixdə imzaladığı "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” digər sərəncamı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sərəncamda əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar və genetik potensialı olan heyvanların baş sayının artırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat subsidiya verilməsi də bu sahəyə marağı xeyli artırmışdır.

Heyvandarlığın sürətli inkişafının təmin olunması ilə bağlı həyata keçirilən bütün bu güzəştlər Ağstafa rayonunda da razılıqla qarşılanmışdır. Hazırda Ağstafa rayonunda 26 min başdan çox qaramal, 170 min baş davar var. Heyvandarlar əsasən mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirirlər. Bu məqsədlə keçən il Almaniya və Ukraynadan 114 baş cins düyə gətirilmişdir ki, onun da 110 başından bala alınmışdır. Proses bu il də davam etdirilir. Belə ki, cari ilin ötən dövrü ərzində xaricdən gətirilmiş 65 baş düyənin 61 başı bala vermişdir.

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanmaya da üstünlük verilir. Keçən il süni yolla mayalandırılmış 1034 baş heyvandan 541, cari ilin 6 ayında isə 542 baş inəkdən 408 baş bala alınmışdır. Hər balaya görə fermerlərə 100 manat subsidiya ödənilmişdir.

Ümumiyyətlə, rayonda heyvandarlığa böyük maraq göstərilir. Demək olar ki, bütün kəndlərdə heyvan saxlanılır. Məsələn, Dağ Kəsəmən kəndinin sakini Nəsir Heydərov qısa vaxt ərzində saxladığı heyvanların baş sayını 75-ə çatdırmışdır. Köçəsgər kəndinin sakini Şahin Əliyev də son 2 ildə təsərrüfatını xeyli genişləndirmiş, burada heyvandarlığın inkişafı üçün hər cür şərait yaratmışdır. Belə ki, saxladığı 100 baş mal-qara üçün müasir tövlə tikdirmiş, lazım olan texnika almışdır. Fermer yem sarıdan da elə bir çətinlik çəkmir. İcarəyə götürdüyü 50 hektarda taxıl yetişdirir. Bu il zəmilərdən nəzərdə tutulduğundan çox, yəni hər hektardan 37 sentner taxıl toplamışdır. Şahin Əliyev dedi ki, sağ olsun Prezidentimiz, fermerlərin fəaliyyəti üçün hər cür şərait yaradıb: "İşlətdiyimiz motor yağlarına, yanacağa görə vəsait alırıq. Gübrələri güzəştlə verilir. Hələ istehsal olunan məhsula görə hər hektar üçün subsidiya da ödənilir. Texnika sarıdan da çətinliyimiz olmur. Torpağın şumlanmasından tutmuş taxıl biçininə kimi işlədilən texnikaları "Aqrolizinq”dən güzəştli qiymətlərlə götürürük”. Fermer keçən il əhaliyə 4 ton ət satdığını, cari il isə bu rəqəmi 6 tona çatdırmağı qarşısına məqsəd qoyduğunu söylədi.

Sadıxlı kəndinin sakini Şəmməd Məmmədov da fermerlərə göstərilən güzəştlərdən razılıq etdi. Dedi ki, hazırda təsərrüfatında 70 baş qaramal, 605 baş davar var. Dövlətin dəstəyinə arxalanan fermer təsərrüfatdan əldə etdiyi gəlir hesabına müasir tövlə də inşa etdirib. Keçən il 5 ton ət, 6 ton süd satdığını bildirən Şəmməd kişi bu il həmin rəqəmin daha çox olacağını vurğuladı.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video