Heydər Əliyev Fondu ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi daşıyan aksiyalar keçirir.
Qubada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri bu aksiyaya qatılıblar.
Aksiyada iştirak edənlər müayinədən keçirilib, analizləri götürülərək laborator müayinəyə göndərilib. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.