Alternative content

14:05 13 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hayqıran sükut
Hayqıran sükut
ANA SƏHİFƏ / Təhsil
00:34 10.08.2019


Bəzən heç danışmaq istəməzsən, eləcə susmaq, sadəcə nəzərlərinlə anlatmaq istəyərsən olub-bitəni...

Bəzən kəlmələr aciz qalar, duyduqlarını, hiss etdiklərini izah etməyə...

Bəzən danışmaqla danışmamaq arasındakı zamanda tərəddüddə qalarsan...

Gözlərinlə çəkərsən duyduğun ağrı-acının rəsmini...

Amma bunlar zahirdə baş verənlərdir, əslində bu susqunluğun arxasında fırtınalar qopar, təlatümlər yaşanar, qulaqlarda cingildəyər, əks-səda verər, hayqıran sükut olar...

* * *

- Ana, ay ana...

- Qapını aç, aç...

- Ay ana, aç qapını, üşüyürəm...

- Anaaa...

* * *

Mətbəxdə başı işə qarışmış ana birdən dəcəl oğlunun ortadan yox olmasından duyuq düşüb ətrafa baxdı, otaqları gəzdi və hövlnak həyətə qaçdı...

Övladını orada da görməyib haray salmaq, "balamı heç yerdə tapa bilmirəm, kömək edin” demək istədi, amma bacarmadı... Çarəsizcə yumruğuyla qonşuların qapısını möhkəm-möhkəm döydü, əl hərəkətləri ilə onları birtəhər başa salmağa çalışdı ki, oğlu yoxa çıxıb, onu heç yerdə tapa bilmir...

Bütün kənd ev-ev, küçə-küçə balacanı gəzməyə başladı, amma o, heç yerdə yox idi...

Çarəsiz ana ayaqyalın, başaçıq üz tutdu dağlara, dərələrə, çöllərə...

Avaz-avaz qışqırmaq, balasını səsləmək istədi, dili dönmədi, səsi çıxmadı, ününü ona yetirə bilmədi...

Eləcə səssiz-səmirsiz, dilsiz-ağızsız harayladı, həniriylə nişan vermək istədi özünü, qaranlıqda iməkləməyə başladı, gözlərinin yaşı daşların parçaladığı dizlərinin qanına qarışaraq cığırlarda acı bir iz buraxdı arxasınca... Heyi, taqəti kəsilənə qədər gümanı gələn hər yerdə axtardı, tapa bilmədi...

Çar-naçar evə döndü, saatlar keçirdi, amma oğlundan bir xəbər yox idi...

Gözü yollarda qalan səksəkəli ana mətbəxə keçir, soyuducunun qapısını açdığı anda isə balasının soyuq və cansız bədəni sürüşüb qolları arasına düşür...

Ürəyi partlayır, az qalır sinəsini yarıb çölə atılsın, buz kəsmiş balaca bədəni qucaqlayır, dırnağından saçının telinə qədər elə hey öpür, nəfəsi ilə isitmək, can vermək istəyir, amma heyhat...

Beləcə zaman keçir, körpəsini bircə dəfə də oxşamayan, laylay deməyən ana eləcə susur, susur, susqunluğu ilə lal daşa çevrilir...

Bəli, bu tükürpədici hadisə cəmi bir neçə il əvvəl kəndlərimizin birində baş vermişdi...

Oynamaq məqsədilə soyuducunun içərisinə girərək arxasınca qapısını örtən 4 yaşlı uşaq nə qədər çalışsa da, yenidən onu açıb çıxa bilməmişdi. Eləcə çırpına-çırpına, çapalaya-çapalaya, anasını haraylaya-haraylaya can vermişdi... Və nə yazıq ki, balasının bu can çəkişməsini cəmi ondan bir-iki addım kənarda olan lal-kar anası eşidə, duya bilməmişdi...

Ölüm qaşla göz arasındadır deyirlər və onun insanı hansı halda, necə yaxalayacağı bəlli deyil. Əgər əcəl zəngi kimin üçünsə çalınıbsa, heç bir vəchlə zalım Əzrayılın qarşısını kəsə, ondan imdad diləyə bilmirsən. Amma məntiqlə anladığımız bu məsələni qəlbimiz heç zaman qəbul eləmək istəmir, bəlkələrə sığınır, belə ölümlərin həmin an qarşısının alına biləcəyini düşünür və bu olmadıqda o qədər heyifsilənir, can ağrısı hiss edir ki...

Elə bu hadisənin şahidi olanlar da hər zaman düşünürlər ki, bəlkə də anası həmin an övladının harayını eşidə bilsəydi, heç bu qan donduran hadisə də baş verməzdi...


Ağrılı rəqəmlər...


Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyada 275 milyondan çox insan bu və ya digər dərəcədə eşitmə azlığından əziyyət çəkir. Dünyada hər 1000 körpədən 1 və 2-si eşitmə problemi ilə doğulur. Təəssüf ki, bu problem ölkəmizdən də yan keçməyib. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev bildirib ki, Azərbaycanda eşitmə problemi olan insanların sayı 1 milyona qədərdir.

Ümumdünya Səhiyyə Təşkilatı eşitmə itkisinə səbəb olan faktorların 50 faizinin qarşısının alına biləcəyini, önləyici tədbirlər arasında uşaqların eşitmə yoxlamalarından keçməsinin, mütəmadi qızılca, meningit, məxmərək peyvəndlərinin vurulmasının vacibliyini vurğulayır. Həmçinin daxili qulağa zərərverici xüsusiyyətli dərmanlardan istifadə edərkən diqqətli olmaq, orta qulaq iltihabı üçün lazımi müalicənin axsadılmaması, həddindən çox səs-küylü yerlərdən uzaq durmaq da bu xüsusda əhəmiyyətli addımlardandır.

Körpələrdə hansısa eşitmə problemi varsa, ilk 6 aydan öncə müəyyən edilib, ilk 12 ayda müdaxilə edilməsi lazımdır. Çünki uşaqlar ilk 3 yaşda dil inkişafını böyük ölçüdə tamamladıqları üçün bu dövrə xüsusi diqqət yetirilməlidir. Doğuşdan sonra eşitməni tədqiq etmək çox vacibdir ki, anadangəlmə qüsurlar vaxtında aşkar edilsin. Hətta valideynlər aşağıdakı hallara diqqət yetirsələr, uşaqda eşitmənin pozulmasından şübhələnə bilərlər: körpə oyaq olanda yüksək səslərə reaksiya verirmi? Uşaqlar 3 aylığında müxtəlif səslər tələffüz edir, yaxud uğuldayırlar, lakin kar olan uşaqlar heç bir səs çıxarmırlar. Eşitmə itkisi ilə bağlı körpələrə erkəndən diaqnoz qoyularaq lazımi tədbirlərin görülməsi onların həmyaşıdları kimi danışma və ünsiyyət bacarıqlarına yiyələnmələrini mümkün edir. Danışmağın öyrənilməsində ən əhəmiyyətli faktor eşitmədir. Lal-kar uşaqların bəziləri, normal, hətta üstün zəka səviyyəsinə malik olduqlarından sosial münasibətlərdə çətinlik çəkmirlər, amma təəssüf ki, bir çoxu cəmiyyətdəki proseslərdən kənarda qalır.


Lal-karlıq "alın yazısı” deyil...


Lal-karlıq "alın yazısı” deyil və eşitmə problemli uşaqlar erkəndən müəyyən edilib lazımi tədbirlər görülmədikdə, məktəbdə müvəffəqiyyətsizlik, cəmiyyətdən uzaqlaşma, özünəqapanma kimi psixoloji travmalara da yol açır. Halbuki müasir dövrdə bu problemin qarşısını dərmanlar və cərrahi yollarla aradan qaldırmaq mümkündür. Yenidoğulmuşlarda eşitmə itkisinin yarısı risk qrupundakı uşaqlarda yaranır. Qohum evlilikləri, genetik eşitmə itkisinin olması, hamiləlik zamanı istifadə olunan bəzi dərmanlar və keçirilən xəstəliklər, doğuş zamanı alınan travmalar, kilosu çox dünyaya gələnlər, körpəyə verilən bəzi dərmanlar, yenidoğulmuşlarda uzun müddət çəkən sarılıq və ya körpənin xeyli küvəzdə qalması kimi bir çox səbəblər başlıca risk faktorlarını yaradır. Yenidoğulmuşlarda eşitmə itkisi mində 1-2 arasında dəyişir, bunların təxminən yarısı təktərəfli ikən digərləri cüttərəfli eşitmə itkisidir. Təktərəfli itkilər yetkinlik yaşlara qədər anlaşılmaya bilir və adətən böyük problemlər yaratmır. Lakin cüttərəfli eşitmə itkisi zamanı dəqiq diaqnoz qoyulub lazımi müalicələrin edilməsinin əhəmiyyəti olur.


Ümidin səsi


Anadangəlmə lal və karlıq 3 yaşa qədər implant qoyularaq əməliyyat olunmasa, uşaqlar ömür boyu lal və kar qalırlar. Artıq neçə ildir ki, dünyada ağır dərəcəli eşitmə problemi olanlara Koxlear implantasiya (Kİ) əməliyyatı tətbiq olunur. Bu əməliyyat daxili qulaqda aparılır və bu zaman ora xüsusi elektrodları olan implant yerləşdirilir, yəni daxili qulaq protezləşdirilir. Belə əməliyyat həm uşaqlarda, həm də böyüklərdə aparılır. Əməliyyatdan sonra bu şəxslərdə eşitmə imkanı yaranır.

Lakin karlıq eşitmə sinirinin məhvi və ya böyük yarımkürələrin gicgah payında yerləşmiş eşitmə analizatorlarının mərkəzi şöbələrinin tənəzzülü ilə bağlıdırsa, bu zaman Koxlear implantasiya heç bir nəticə vermir. Buna görə də əməliyyat qərarına gəlməmişdən öncə mütləq əməliyyat olunan şəxs lazımi müayinələrdən keçirilməlidir.

Əvvəllər Kİ sonradan karlaşmış insanlara tətbiq olunurdusa, indi bunun çox hissəsini anadangəlmə kar olan insanlar təşkil edir.


Daim Heydər Əliyev Fondunun diqqət mərkəzində


Ölkəmizdə eşitmə itkisi olan uşaqlar Sağlamlıq İmkanları məhdud uşaqlar üçün respublika 3 nömrəli internat məktəbdə təhsil alırlar. 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbdə yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbdə 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbdə implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilirlər. İnternat məktəbin məzunları arasında idmançılar, rəssamlar var.

Bu cür şagirdlərin təhsilə daha rahat cəlb edilməsi üçün artıq bir neçə ildir ki, bütün rayonlarda tibbi-pedaqoji komissiyalar yaradılıb. Valideynlərin müraciəti ilə həmin komissiyadan keçən şagirdlər bu internat məktəbə göndərilir. 3 nömrəli internat məktəb Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildən 2013-cü ilə qədər bir il müddətində hissə-hissə təmir edilib. Fond tərəfindən burada təhsil alan uşaqlar daim diqqət mərkəzindədir və təşkil olunan bütün bayram şənliklərində, tədbirlərdə onların iştirakları təmin edilir. Fondun vitse-prezidenti Leyla Əliyeva dəfələrlə internatı ziyarət edərək orada olan şəraitlə yaxından maraqlanır, uşaqlara hədiyyələr təqdim edir.


Lal-kar uşaqların təhsil alması mütləqdir


İnternatın direktoru Bahar Kərimova bildirir verir ki, burada çalışan defektoloqlar jest, mimika vasitəsilə şagirdlərin həm şifahi, həm də yazılı nitqini inkişaf etdirirlər. Həmçinin şagirdlərə səs dərsi də keçilir: "Eşitmə əngəlli uşaqlar eşidib danışa bilməsələr də, hissiyyatları güclü olduğundan vibrasiyalardan, titrəyişlərdən səsi anlayır, reaksiya verirlər. Adicə ayağınla döşəməyə vuranda belə dərhal hiss edib baxırlar. Danışma məhdudiyyətli uşaqlar arasında əqli qüsurlu uşaqlar da var. Bu cür uşaqlara xüsusi təhsil proqramları ilə dərs keçilir və onların tədris proqramı yüngül təşkil olunur. Həmçinin digər danışma məhdudiyyətli uşaqlar üçün ibtidai siniflərdə hazırlanmış xüsusi kitablardan dərs keçilir. Bu kitablarda doktil mimika (əl işarələri) vasitəsilə dərslər öyrədilir. Amma yuxarı siniflərdə ümumi kütləvi kitablardan istifadə olunur”.

Danışma məhdudiyyətli uşaqların təhsil almasının vacibliyini xüsusi vurğulayan Bahar Kərimova deyir ki, bu cür uşaqları evdə saxlamaq olmaz: "Bəzi valideynlər bu cür uşaqları cəmiyyətdən təcrid edir, onların təhsil almasına şərait yaratmırlar. Bu isə ağır nəticələr verir: yaşı ötdükcə ayılırlar ki, uşaq heç nə bilmir. Bu, onlara ailə qurmaqda da problem yaradır. Çünki ailə quran gənclərin hər ikisi mimikanı duymalıdır ki, ünsiyyət qura bilsinlər. Uşaqlarını məktəbə yönləndirməyən valideynlər bilməlidir ki, bu halda onların psixoloji durumunda da problemlər yaranır. Bu internata 6, bəzən də güzəşt edərək 7-10-11 yaşlı uşaqlar götürülür. Lakin bəzən valideynlər bizə daha gec müraciət edirlər. Məsələn, bu il 18-19-20 yaşlı eşitmə məhdudiyyətli gənclərin valideynləri onların jestikanı, doktil mimikanı öyrənmələri üçün müraciət etmişdilər. Bu gənclər indiyə qədər heç bir məktəbdə təhsil almamışdılar. Təəssüf ki, artıq onların yaş həddi keçdiyi üçün internata qəbul edə bilmirik. Hər il məzunlarımızdan bir çoxu liseylərə qəbul olunurlar, hətta onlardan 10 nəfərə yaxını təhsilini başa vuraraq qayıdıb bu internatda müəllim tərbiyəçi kimi də fəaliyyət göstərir. Ümumiyyətlə, şagirdlər təhsillərini bitirdikdən sonra ailələrinə, liseylərə, bir qismi isə peşə məktəblərinə yönəlir”.


"Onlar nə dil tapa, nə də ünsiyyət qura bilirlər...”


36 ildir bu internatda dərs deyən səs müəllimi Zərifə Qəmbərova deyir ki, eşitmə məhdudiyyətli uşaqları bəzən ümumi məktəblərə aparırlar, amma bu, səhvdir. Belə uşaqlar mexaniki şəkildə hərfləri öyrənə, lövhədən köçürə bilsələr də, bunların mənasını başa düşmürlər. Riyaziyyatı nisbətən dərk edir, amma sözün mahiyyətini anlamırlar: "Həmin uşaqlar cəmiyyətdə nə dil tapa, nə də özünə aid olan insanlarla ünsiyyət qura bilirlər, çünki mimikanı anlamırlar: "Bu cür uşaqlar üçün Azərbaycanda yalnız bir bağça fəaliyyət göstərir. Yəni bizə gələn uşaqların tam əksəriyyəti hazırlıqsız olur. Burada onlara ilk öncə dodaqdan oxuma, "gəl”, "otur”, "qapını ört” kimi qısa cümlələr öyrədilir. Daha sonra əyani vəsaitlə işləyirik, məsələn, şəkil göstəririk ki, bu, almadır, dodaqla və əlimizlə, doktil işarə ilə həmin sözü göstəririk. Uşaq gərək birinci dodağı oxumağı öyrənsin, çünki o, bundan sonra başa düşər ki, qarşıdakı nə danışır”.


Valideyn üçün qüsurlu övlada sahib olmaq çətin olur, amma...


"Valideyn üçün qüsurlu övlada sahib olmaq çətin olur, ən azından onu qəbul edənə qədər. Amma qəbul edəndə ki artıq mənim övladım belədir, o zaman çətin də olsa onunla birlikdə irəliyə doğru yol ala bilir. Düşünür ki, övladım üçün düzgün yol seçməliyəm, çalışmalıyam, axtarışda olmalıyam ki, o, cəmiyyətə qarışsın, təhsil alsın, hərtərəfli inkişaf etsin. Valideyn qüsurlu uşağını tanımalı, müşahidə etməlidir. Bəlkə də onda elə bir qabiliyyət var ki, sadəcə üzə çıxarıb inkişaf etdirmək lazımdır. Əlbəttə ki, nəticə əldə etmək də səbirlə, qayğıyla mümkündür” deyən internatın təsviri incəsənət müəllimi Gülnarə Nəzirova söyləyir ki, həm qızı, həm də oğlu anadangəlmə eşitmə qüsurludur, amma çox gözəl rəsm çəkirlər: "Mən öz həyat təcrübəmdən görürəm ki, fiziki qüsurlu uşaqların da həyatda uğur qazanması mümkündür...”

Gülnarə müəllimə deyir ki, əvvəlcə hər iki övladını ümumi təhsil məktəbinə qoysa da, tezliklə bunun yanlış olduğunu anlayıb: "Müşahidə etdim ki, onlar məktəbdə, tutaq ki, hərflərin yazılışını öyrənsələr də, onun mənasını başa düşmürlər. Və beləliklə də üz tutduq 3 nömrəli internat məktəbə. Qızım Zümrüdlə oğlum İmaməli burada təhsil aldılar. Hər ikisinin gözəl əl qabiliyyəti var. Zümrüd 12 yaşından rəsmlə məşğul olur, sərgilərdə iştirak edir. İndiyə qədər iştirak etdiyi müsabiqələrdən 35-dən çox diplomu var və onlardan yarısı birinci və ikinci yerlər üzrədir. Həmçinin hər ikisi təhsilini davam etdirib. Zümrüd Pedaqoji Kollecin təsviri incəsənət ixtisasını bitirib. İndi burada, öz təhsil aldığı internatda müəllim tərbiyəçi kimi fəaliyyət göstərir. Oğlum isə Bakı Humanitar Kollecinin təsviri incəsənət müəllimliyi üzrə axırıncı kursda oxuyur. Övladlarımın hər ikisi əzmkardır, bacarıqlıdır, onlarla qürur duyuram...”


Onlar da danışırlar


Kim deyir ki, onlar eşidə, danışa bilmirlər?!

Onlar da eşidir, danışır, zümzümə edirlər...

Onlar kainatın səsini duyub Lüdviq van Bethoven, həyatın hənirini eşidib Viktor Hüqo, torpağın pıçıltısına qulaq asıb Jan Jak Russo, hörümçək torunun xəfif titrəyişini hiss edib Antonio Stanoli, məğrur qayaların başına dolanan qartalların qıyına səs verib Klod-Andre Desen olurlar...

Onlar da eşidir, danışır, oxuyur, rəqs edirlər...

Ola bilsin ki, əslində, biz onları duya, eşidə, anlaya bilmirik, kim bilir...


Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM