09 Avqust 2019 23:44
404
SİYASƏT
A- A+

Mariya Zaxarova: Dağlıq Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməlidir


Dağlıq Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməlidir. AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 9-da keçirdiyi brifinqdə səsləndirib.

M.Zaxarova qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinin hərtərəfli irəliləməsi məqsədilə öz köməyini göstərmək niyyətinə sadiq qalır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinə gəldikdə isə, Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, bu məsələdə Moskvanın mövqeyi dəyişməyib: Dağlıq Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməlidir.

Rusiya XİN-in rəsmisi əlavə edib: "Biz bu gün Ermənistan və Azərbaycan arasında təmas xəttində nisbi sakitlik müşahidə edilməsini məmnunluqla qeyd edirik. Bununla yanaşı, tərəflərin bir-birini müxtəlif məsələlərdə ittiham etməsi bizdə narahatlıq doğurur. Bu cür ritorika danışıqlar üçün əlverişli şərait yaranmasına və nəticədə kompromis əldə olunmasına kömək etmir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video