09 Avqust 2019 16:50
645
DÜNYA
A- A+

Pakistan Hindistanla mədəni təmasları dayandırır

Kəşmir problemi ilə əlaqədar Pakistanla Hindistan arasında münasibətlərin gərginləşməsi fonunda İslamabad qonşu ölkə ilə mədəni təmasları tamamilə kəsmək qərarına gəlmişdir. Pakistan Baş Nazirinin informasiya və teleyayım məsələləri üzrə xüsusi müşaviri Firdus Aşik Avan bildirmişdir ki, hökumət mədəniyyət sahəsində əvvəllər planlaşdırılmış bütün birgə tədbirləri ləğv etmişdir.

Avan məlumat vermişdir ki, ölkənin Milli Təhlükəsizlik Şurası indus ideologiyası ilə mübarizə aparmaq üçün xüsusi idarənin yaradılması haqqında qərarı qəbul etmişdir. Onun fikrincə, hind materialları yalan təbliğatdan ibarətdir və Pakistan gənclərinin beynini zəhərləyir.

Bir neçə gün əvvəl Pakistan ölkənin kinoteatrlarında hind filmlərinin nümayişini qadağan etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video