Alternative content

06:54 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər qüvvələrini zehni yarışda sınadılar
Gənclər qüvvələrini zehni yarışda sınadılar
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:44 09.08.2019

Sumqayıtın 70 illik yubileyi yaxınlaşdıqca şəhərdə keçirilən tədbirlərində sayı artır. Belə tədbirlərdən biri YAP Sumqayıt şəhər təşkilatında keçirilmişdir. Gənclər burada "Sumqayıt – 70: uğurlu inkişaf yollarında” mövzüsunda "Nə? Harada? Nə zaman?" intellektual oyunda bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Təşkilatçısı YAP Sumqayıt şəhər təşkilatı olan "Nə? Harada? Nə zaman?" İntellektual oyununda on komanda - şəhər təhsil şöbəsinin "İntellekt”, səhiyyənin "Healthy”, "Azərkimya” İB-nin "SOCAR”, "Kimyaçı”, Sumqayıt "ASAN xidmət” mərkəzinin "Mübarizlər”, YAP Sumqayıt şəhər təşkilatının "Albatros”, idmançıların "Excalibur”, gənclər evinin "Gənclik”, AQAC-ın şəhər bölməsinin "Qızıl aypara” komandalarının təmsilçiləri iştirak edirdilər. Maraqlı keçən mübarizədə "Azərkimya” İB-nin "SOCAR” komandası qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin "Qızıl Aypara” və şəhər gənclər klubunun "Zirvə” komandalar tutmuşlar.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov gənclərə uğurlara diləyərək bildirib ki, "Sumqayıt – 70: uğurlu inkişaf yollarında” mövzusunda "Nə ? Harada ? Nə Zaman ?" intellektual oyunu silsilə tədbirlərin tərkib hissəsidir və bu istiqamətdə tədbirlər ilboyu davam etdiriləcək.

Sonda qalib komandalara pul mükafatı və qiymətli hədiyyələr təqdim olundu.

Akif ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM