Alternative content

08:04 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:29 22.08.2019 Ümid yeri
00:11 22.08.2019 Rusiya G7-yə qoşulur
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib
Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:14 09.08.2019

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri gücləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün "Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, o cümlədən həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb. Bildirib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub. Bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

V.Nəsirli qeyd edib ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənilir, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 280 avtomobil verilib.

Nazir müavini deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.

Avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan məmnun olduqlarını qeyd edib, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM