Alternative content

21:06 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
ANA SƏHİFƏ / Mədəniyyət
11:17 09.08.2019

Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 8-də Salyan rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib.

AZƏRTAC xəbər verir ki, nazir ölkə başçısının tapşırığına uyğun olaraq, hər ay bölgələrdə vətəndaşların qəbulunun keçirildiyini bildirib.

Qeyd olunub ki, görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər ümumilikdə mədəniyyətimizin inkişafına xidmət edir. Həmçinin bu görüşlər sakinləri narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: "Bugünkü qəbulda da bir neçə mühüm məsələ diqqətə çatdırıldı. Bunların sırasına ölkəmizin mədəni irsinin qorunması, bərpası, yeni aşkar olunmuş abidələrin dövlət tərəfindən qorunan daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınması, mühafizəsinin təşkili, Salyan rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər daxildir. Sevindirici haldır ki, vətəndaşlarımız yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsini zəruri hesab edir, bu istiqamətdə təşəbbüskarlıq göstərirlər.

Nazir deyib ki, Salyan rayonu Azərbaycanın mədəniyyət və ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş edib: "Onların arasında Əli bəy Hüseynzadə kimi qüdrətli mütəfəkkir, eləcə də bəstəkarlar, ədiblər var. Bu baxımdan rayonda muzey işinin gücləndirilməsi, dahi şəxsiyyətlərin fəaliyyətinin daha dolğun təbliği istiqamətində addımlar atılır”.

Nazir vurğulayıb ki, vətəndaşların bütün müraciətləri nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq.

Əbülfəs Qarayev daha sonra Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbində aparılan təmir-bərpa işləri ilə tanış olub. Nazir görülən işlərlə əlaqədar tapşırıq və tövsiyələrini verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM