Alternative content

06:17 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həmkarlar İttifaqları tərəfindən bir qrup aztəminatlı ailəyə maddi yardımlar təqdim edilib
Həmkarlar İttifaqları tərəfindən bir qrup aztəminatlı ailəyə maddi yardımlar təqdim edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:07 09.08.2019


Avqustun 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində əlillər, müharibə veteranları və şəhid ailələri ilə görüşüb.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, AHİK sədri onları, eyni zamanda xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, hər birinin problemləri ilə maraqlanıb.

S.Möhbalıyev dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Onların problemlərini, iş, məişət qayğılarını daim diqqətdə saxlayan dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib.

Aparılan genişmiqyaslı islahatlar dövlətimizin vətəndaşlara olan diqqət və qayğısıdır, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Son dövrlərdə imzalanmış sərəncamlar - minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının orta hesabla 50 faiz artırılması, pensiyaların minimum məbləğinin 160 manatdan 200 manata qaldırılması, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz yüksəldilməsi bunun bariz nümunəsidir. Artım eləcə də şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə özünü göstərib. Bundan başqa, ölkənin müxtəlif şəhər və bölgələrində bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses bundan sonra da davam edəcək.

Sonra sədr görüşdə iştirak edən insanların müraciətlərini dinləyib, öz təkliflərini verib. Qarşılaşdıqları problemlərin həllində onlara müəyyən imkan daxilində köməklik göstəriləcəyini bildirib. Görüşdə iştirak edənlər Səttar Möhbalıyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarının hər birinə maddi yardımlar təqdim edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM