09 Avqust 2019 00:05
586
İQTİSADİYYAT
A- A+

Məhsul istehsalçılarına daha 63,2 milyon manat subsidiya ödəniləcək


Cari ildə becərmədə istifadə edilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təhvil verilən yaş baramaya görə fermerlərə 86 milyon manatdan çox subsidiya veriləcək.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50, buğda və çəltik əkinlərinə görə əlavə 40, barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin ödənilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf mərkəzlərinin təqdim etdiyi sənədlərə baxılıb.

Komissiya dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278419 istehsalçıya 907997,97 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62 milyon 127,7 min, 9 rayon (şəhər) üzrə 2100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217529,2 kiloqram yaş baramaya görə 1 milyon 87,6 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib.

Ümumilikdə ilin əvvəlindən Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383665 istehsalçıya 1214259,08 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83 milyon 240,7 min, 36 rayon (şəhər) üzrə 5543 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 624427,65 kiloqram yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3 milyon 122,1 min manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul etmişdir.

Komissiya qeyd edilənlərlə yanaşı, 23 satıcı təşkilata satılmış mineral gübrələrin qiymətinə tətbiq edilmiş 36 milyon 447,4 min, pestisidlərin qiymətinə tətbiq edilmiş 8 milyon 132,3 min, cəmi 44 milyon 579,6 min manat məbləğində güzəştin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə də qərar qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video