09 Avqust 2019 00:05
577
İQTİSADİYYAT
A- A+

Qubadlılılar işgüzarlıqları ilə seçilirlər


Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ilk növbədə insanların sosial vəziyyətinin yaxşılaşmasına, yoxsulluğun aradan qaldırılmasına yönəldilib. İcra olunan layihələr çərçivəsində məcburi köçkünlərin sosial müdafiəsinə də diqqət artırılıb. Bunun qarşısında zəhmətsevərlikləri ilə seçilən köçkün qubadlılılar əllərini əllərinin üstünə qoyub oturmayıblar.

Hazırda 38 min 200 nəfər Qubadlı sakini respublikanın 41 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Rayonun 20 min 600 nəfərdən çox əmək qabiliyyətli əhalisi var. Onların əksər hissəsi Sumqayıt şəhərində yerləşib. Sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması isə daim diqqətdədir. Abşeron rayon Sumqayıt stansiyası və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində inşa edilmiş şəhərciklərdə məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması başa çatıb. Şəhərcikdə rayonun Hal, eləcə də Dəmirçilər kənd və qəsəbə 4 saylı tam orta məktəbləri, gigiyena və epidemiologiya mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası, habelə poçt fəaliyyətə başlayıb, 50 nəfər məcburi köçkün işlə təmin edilib.

Sənaye sahələrində, tikintidə, neft sektorunda xeyli qubadlılı məcburi köçkün çalışır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların da sayı az deyil.

Qubadlılı məcburi köçkünlərin yaşadıqları digər ərazilərdə də onların problemlərinə diqqətlə yanaşılır. Sumqayıt şəhər 40-cı məhəllədə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 2 beşmərtəbli binanın dam ötrüyü dəyişdirilib, həyətə asfalt örtüyü çəkilib, "Yaşıldərə” yaşayış massivində məhəlləarası yollar asfaltlanıb.

Qubadlılıların əksəriyyəti kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olurlar. Belə ki, onların ixtiyarında 79,4 hektar əkin sahəsi var ki, bunun da 40,6-sı taxıl, 7,3-ü bostan bitkiləri, 25,8-i yonca, 3-ü tərəvəz, 2,7 hektarı isə tut bağlarıdır. Son illər arıçılığın inkişafına xüsusi maraq var. Bu gün qubadlılılar arı ailələrinin sayını 3 min 685-ə çatdırıblar.

Qubadlı Rayon İcra Hakimiyyətinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən yığıncağında vurğulanıb ki, Azərbaycan dövləti tərəfindən yüksək qayğı və dəstək görən zəhmətsevər qubadlılılar əmindirlər ki, dövlət başçısının uzaqgörən siyasəti sayəsində tezliklə doğma torpaqlarına da qayıdacaqlar.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video