Alternative content

13:55 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ustad xanəndə
Ustad xanəndə
ANA SƏHİFƏ / Mədəniyyət
00:03 09.08.2019


Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni, Seyid Şuşinski isə çırpınan ürəyi olub


Muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlu) anadan olmasının 130 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il fevralın 4-də sərəncam imzalayıb. Orada göstərilir ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadanlardan biri olub. Geniş diapazonlu, nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik, böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsinin daha da zənginləşməsinə xidmət göstərib. O, müəllim kimi də uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsində əlindən gələni əsirgəməyib.


Üç Şuşinskidən biri...


Seyid Şuşinski kimi tanıdığımız Mir Möhsün ağa Seyid İbrahim oğlu 1889-cu ilin aprel ayında Şuşa qəzasının Horadiz kəndində anadan olub. Sınanmış və ağır seyid nəslindən olan Mir Möhsün körpəlikdən yetim qalıb. Xalası Məşədi Hürzad dövrünün açıq fikirli, savadlı xanımlarından biri olub. Son dərəcə məlahətli səsi, yanıqlı avazı varmış. Məşədi Hürzad Qarabağın qadın məclislərində xanəndəlik edərmiş. Balaca Möhsünün qayğısına qalan, onun tərbiyəsi ilə məşğul olan Məşədi Hürzad bacısı oğlunu da özü ilə toylara apararmış. Elə buna görə də Seyid Şuşinskinin ilk müəllimi, əslində, xalası Məşədi Hürzad hesab edilir. Sonralar Seyid o böyük ürəkli xanımı minnətdarlıqla xatırlayıb: "Xalamın çox incə və şirin səsi var idi. Bütün muğamlara dərindən bələd olmaqla, "Orta Mahur”u çox gözəl oxuyardı. Səsimi eşidəndən sonra məni də özü ilə toylara aparardı...”

Azərbaycanda Şuşinski soyadlı üç xanəndə olub. Onlardan biri ötən əsrin əvvəllərində yaşayan Musa Şuşinski idi ki, o qədər də üzdə olmayıb. Xan Şuşinskinin (Xan əmi) sənəti onu yetərincə tanıdıb. Ustad öz adı ilə bəzi kinofilmlərə də çəkilib. Daha biri isə Xalq artisti, "Şərəf nişanı” ordenli, Əməkdar müəllim, dövrünün ən dəbdə olan varlı xanəndəsi Seyid Şuşinskidir. Bu, həm də o xanəndədir ki, Cabbar Qaryağdıoğlu bu gəncin ifasından riqqətlənərək qavalını ona bağışlayıb və xanəndəni "Şərq musiqisinin incisi” adlandırıb.

Əmisi Məşədi Seyidəli Şuşada öz dövrünün tərəqqipərvər ziyalılarından olub və üstəlik, mahir musiqişünas kimi də şöhrətlənib. Möhsünün səsindən xəbərdar olan kimi Məşədi Seyidəli onu yanına apararaq musiqi təhsili ilə məşğul olub. Əlbəttə, Seyidin xanəndə kimi formalaşmasında həlledici rolu, əslində, ölməz ustad xanəndə Cabbar Qaryağdıoğlu oynayıb. Cabbar Seyidə qulaq asaraq onun səsinə valeh olub. 19 yaşlı gəncin hər dəfə ustalıqla vurduğu zəngulələr məclisi heyrətə gətirib. Bunu görən Cabbar Qaryağdıoğlu Seyidi bağrına basaraq deyib: "Camaat, ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid var...”


Əsrin o tayından "əsən mehlər” - səsin incəsi, musiqinin incisi


Xalq musiqisi xəzinəsinin zənginliyi və rəngarəngliyi onun yaradıcılarının Tanrı vergili olması ilə sıx bağlıdır. Bunu folklorşünaslarımız, xalq deyiminin biliciləri təsadüfi deməyiblər. Həmin xəzinəni mədəni irs kimi xalqına yadigar qoyub gedən sənətkarlarımızdan birincisi Cabbar Qaryağdıoğlu idisə, ikincisi Seyid Şuşinskinin olduğu söylənilir. Xalqımızın bu fikrini dahi klassik xanəndə və muğam ustalarımızla yanaşı, peşəkar musiqişünaslarımız və bəstəkarlarımız da etiraf ediblər.

Milli musiqi mədəniyyəti tarixində özünə layiqli yer tutan Seyid Şuşinski dövrünün çox sevilən, nüfuzlu, xanəndəlik aləmində yeniliklər edən, geniş diapazonlu, qüdrətli sənətkar olub. Fitri istedadı, ifaçılıq məharəti, gözəl səsi, zəngin yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin nadir incisinə çevrilmiş xanəndə klassik musiqi irsimizə daxil olan böyük ustad yadigar ifaları ilə yanaşı, yaddaşlara iz salan xatirələrdə də yaşayır. Unudulmaz xanəndə, "Şərq musiqisinin bahadırı” da adlandırılıb. Çünki onun muğamatda vurduğu xallar, zəngulələr ikinci bir ifaçıda müşahidə edilməyib.

"Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idisə, Seyid Şuşinski çırpınan ürəyi olub. Mən fəxrlə deyə bilərəm ki, "Şur” və "Kürd ovşarı” simfonik muğamlarımı yazarkən Seyid Şuşinskinin mənə yaxından köməyi olmuşdur. Seyid Şərq musiqisinə dərindən bələd olmaqla, həm də qayğıkeş müəllim və gözəl insan idi”.

Dahi bəstəkarımız, Xalq artisti Fikrət Əmirova məxsus bu fikirlər öz aktuallığını bu gün də qoruyub saxlamaqdadır.


Şirin səs, məlahətli nəfəs...


Musiqi dünyasının dahisi Mir Möhsün Nəvvabdan iki ildən artıq müddətə musiqi təlimi alan Seyid elə ustadının xeyir-duası ilə də el şənliklərinə, toy məclislərinə ayaq açıb. Şirin səsi, məlahətli avazı ilə məclisi ələ alan Seyid az vaxt ərzində özünün musiqi dünyasının azman sənətkarları ilə bir məclisdə ehtiramla qarşılandığını duyub.

Seyid Şuşinskinin səsi də, musiqiyə həvəsi də ilahi vergili hesab edilib. Çünki o, xüsusi musiqi məktəbi oxumadan ustad xanəndə kimi seçilib və sevilib. Belə olmasaydı, əlbəttə, ölməz bəstəkarımız Fikrət Əmirovun atası, məşhur tarzən Məşədi Cəmil onu Gəncədə özü ilə birlikdə məclislərə aparmazdı ki...

Seyid Şuşinskinin şöhrəti o zaman nəinki Azərbaycanı, həm də qonşu ölkələri bürüyüb: Tiflis məclislərinə dəvəti də bununla bağlı olub. Tiflis mühiti Seyid Şuşinskinin həyatında mühüm rol oynayıb. O, burada Azərbaycanın tanınmış ədibləri və məşhur ziyalılarımızdan olan Cəlil Məmmədquluzadə, Əli Mirzə Nərimanov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi Ruhulla, İbrahim İsfahanlı və başqaları ilə yaxından tanışlıq qazanıb. Həmin münasibət Seyid Şuşinskinin aktyor kimi də yetişməsinə böyük təsir göstərib.


Şuşadan Bakıya, "Mahur”dan "Mənsuriyyə”yədək...


Tiflisdə Üzeyir bəy Hacıbəylinin opera və musiqili komediyaları tamaşaya qoyulanda Seyid Şuşinskiyə baş rolların etibar edilməsi də təsadüfi deyildi. Azərbaycan teatr və musiqi mədəniyyətinin inkişafında Seyid Şuşinskinin Tiflisdəki səhnə fəaliyyətinin mühüm rolu teatrşünaslar tərəfindən yüksək qiymətləndirilib. Firudin Şuşinski "Azərbaycan xalq musiqiçiləri” kitabında yazırdı: "1913-1914-cü illərdə Seyid Şuşinski Kiyev şəhərinə gedərək səsini vala yazdırır. İndi həmin vallar böyük müğənnidən yadigardır. Onun qrammofonda oxuduğu "Çahargah”, "Bayatı-İsfahan”, "Humayun”, "Rast”, "Mahur”, "Zabul”, "Mənsuriyyə”, "Arazbarı” xalq tərəfindən həmişə məhəbbətlə qarşılanıb...”

Seyid Şuşinski Bakıya ilk dəfə 1916-cı ildə gəlib. Həmin il Cəlil Məmmədquluzadənin "Ölülər”i tamaşaya qoyulurdu. Şəhərdə insanlar küçələrə vurulmuş afişadan oxuyurdular: "Seyid Bakıya xoş gəlmişdir”. Çünki tamaşanın fasilələrində Seyid Şuşinski oxuyurdu.

"Azərbaycan” qəzetinin 12 iyul 1919-cu il tarixli nömrəsində dərc edilən "Seyid Şuşinskinin Şərq konserti” başlıqlı məqalədə yazılıb: "...Üç gün bundan qabaq dövlət teatrında Şərq melodiyalarının mahir ifaçısı, bütün Qafqazda məşhur olan Seyid Şuşinskinin Şərq konserti olmuşdu. Havanın isti olmasına baxmayaraq, teatra çoxlu tamaşaçı toplaşmışdı. Onlar xanəndənin ifa etdiyi bütün mahnıları böyük diqqətlə dinləyir və onu sürəkli alqışlarla qarşılayırdılar...”

Seyid Şuşinski 1924-1926-cı illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində bir sıra rollar da yaradıb. 1926-cı ildə Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə yenicə açılmış xanəndəlik sinfində gələcək muğam ifaçılarına dərs deyən, məlahətli səsi ilə dinləyicilərini məftun edən Seyid Şuşinski İranda, Şimali Qafqazda, Orta Asiyada, Ukraynada, Rusiyada... tanınıb və sevilib. 1933-1938-ci illərdə Füzuli Rayon Dram Teatrının bədii rəhbəri vəzifəsini daşıyıb. Əyalətdə yaşayan Seyidi paytaxt Bakıda daha çox gözləyirdilər. Ona görə də ömrünün qalan hissəsini Bakıya, buradakı mədəniyyət və incəsənət ocaqlarına bağlayan ustad xanəndə 1939-cu ildən 1960-cı ilə qədər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, sonra isə Opera və Balet Teatrında çalışıb.


..."Müştehit bağı”nın şeyda bülbülü


Xalq artisti fəxri adını almaqla yanaşı, bir sıra orden və medallara da layiq görülən Seyid Şuşinski ömrünün 60 ilini musiqi mədəniyyətimizin inkişafına həsr edib. Haqqında qələmə alınan xatirələrdən məlum olur ki, böyük sənətkar 1963-cü ildə, yəni 75 yaşında Azərbaycan radiosunda oxuduğu "Mənsuriyyə”si ilə hamını heyrətə gətirib. Deyirlər ki, həmin yaşda "Mənsuriyyə” oxumaq Cabbar Qaryağdıoğludan sonra yalnız Seyid Şuşinskiyə nəsib olub.

Seyid Şuşinskinin qüdrətli sənətkar olması ilə əlaqədar milli musiqimizin ölməz Bülbülünün xatirələrindən oxuyuruq: "Qoca xanəndələr bulağın gözüdür. Böyük sənətkarımız klassik Şərq musiqisində mövcud olan bütün muğamların hamısını ifa etmişdi. Elə muğamlar da var ki, Seyid ona məhz öz möhürünü vurmuşdu, məsələn, "Çahargah” muğamı. Seyidin ifasında bu musiqi incisi geniş şöhrət qazanmışdı. O, bu muğamı sələflərindən tam fərqli şəkildə böyük ustalıqla, özünəməxsus bir məharətlə oxumuşdu...”

Ustad xanəndənin, Xalq artisti Seyid Şuşinskinin ölümündən sonra sənət dostları ilə yanaşı, onun səsinin vurğunları və heyranları uzun müddət özlərinə gələ bilməyiblər. Hətta bəziləri deyirmiş ki, "Müştehit bağı” özünün şeyda bülbülünü itirib. Seyiddən sonra nə oxumaq? Lakin onu da deyirlər ki, xalq inciləri bulaq kimidir - yerin təkindən, səmaların ənginliklərindən gəldikləri üçün tükənmir, bulaq kimi qaynayır. Böyük və ölməz Cabbar Qaryağdıoğlunun davamçısı Seyid Şuşinskidən sonra Zülfi Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Sürəyya Qacar, Yavər Kələntərli, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Səkinə İsmayılova... kimi sənətkarlar muğam pərvanələri kimi sevilirlər.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM