Alternative content

00:09 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti görüşləri keçirilib
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti görüşləri keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
15:27 08.08.2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, avqustun 8-də Mədəniyyət naziri Əbülfəs Qarayev Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan rayonundan olan vətəndaşlarla görüşüb.

Həmçinin mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala sakinlərini, nazir müavini Rafiq Bayramov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonundan olan vətəndaşları qəbul ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin qəbulunda iştirak edən Salyan sakinləri tərəfindən rayonda mədəniyyət sarayının tikilməsi, su qülləsinin tarixi abidə kimi dövlət qeydiyyatına alınması, görkəmli bəstəkar mərhum Arif Məlikovun şəxsi əşyalarından Tarix-diyarşünaslıq muzeyinə verilməsinə köməklik göstərilməsi, yeni təmir olunmuş Salyan rayon Uşaq incəsənət məktəbinə inventar və avadanlıqların verilməsi ilə bağlı müraciət ediblər.

Görüşdə həmçinin vətəndaşlar rayonda görkəmli şəxsiyyətlərin yubiley tədbirlərinin ölkə üzrə virtual müsabiqəsinin təşkil olunması, mədəniyyət müəssisələrində xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün metodiki köməkliyin göstərilməsi məqsədilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlarının rayona ezam olunması, xalçaçılıqla bağlı layihənin həyata keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.

X X X

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda vətəndaşlar rayonun Boyat kəndi ərazisində yerləşən tarixi əhəmiyyətli məzar daşlarının qorunması, görkəmli kimyaçı alim, akademik Yusuf Məmmədəliyevin 115 illik yubileyinin keçirilməsinə köməklik göstərilməsi, Kukla teatrına Xalq kollektivi adının verilməsi, "Ailə”, "Kitab və kitabxana” layihələrinin keçirilməsi, "Kitabxanaçı günü”nün təsis olunması, rayon mərkəzindən kənarda yerləşən mədəniyyət müəssisələrinə musiqi alətlərinin verilməsi ilə bağlı müraciət ediblər.

Görüşdə həmçinin Mərkəzi kitabxanada ALİSA - mərkəzləşdirilmiş elektron kitabxana sisteminin tətbiqi üçün fiber-optik internet xəttinin çəkilməsi, Mədəniyyət mərkəzində istilik sisteminin quraşdırılması barədə müraciətlər də səsləndirilib.

X X X

Nazir müavini Rafiq Bayramovun Biləsuvarda vətəndaşlarla gerçəkləşən görüşündə sakinlər şəhərdəki Uşaq incəsənət məktəbinin təmir olunması, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən "Pəncərə” teatr-studiyasına Xalq teatrı adının verilməsi, həvəskar Kukla teatrının yaradılması üçün lazımi aksesuarların verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciət ediblər.

Keçirilən qəbullarda Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri də iştirak edib. Görüşlərdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Mədəniyyət naziri və müavinlərinin regionlarda keçirilən budəfəki görüşlərində ümumilikdə 50 nəfərə yaxın vətəndaş iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM