08 Avqust 2019 15:24
544
DÜNYA
A- A+

Ermənistanda məişət zorakılığı halları kəskin artıb


Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2019-cu ilin ilk yarısında məişət zorakılığı ilə bağlı 331 hal qeydə alınıb. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, həmin müddətdə bu hallar üzrə 180 material hazırlanıb və onlardan doqquzu Baş Hərbi İstintaq İdarəsində baxılır.

Qeyd olunur ki, məişət zorakılığı halları üzrə 176 cinayət işi qaldırılıb, 209 nəfər müttəhim qismində məsuliyyətə cəlb olunub. Bu şəxslərin 77-si 18-35 yaş, 132 nəfəri isə 35 yaşdan yuxarı insanlardır. Ailə daxilində zorakılıq halları törədənlərin yalnız 3 nəfəri qadınlardır. Qaldırılan cinayət işləri isə ən çox bədən xəsarəti yetirilməsi, şəxsi əmlaka zərər vermə, valideynlərin öz vəzifələrini yerinə yetirməsindən boyun qaçırması və 16 yaşınadək şəxslərə seksual zəmində zorakılıq maddələri ilə əlaqədardır. Bundan başqa, təhdid edildiyini bildirən 67 nəfər hüquq-mühafizə orqanlarına qoruma tələbi ilə müraciət edib.

Ermənistanın hüquq ekspertləri və vətəndaş cəmiyyətinin nümayəndələri qeyd edirlər ki, məişət zorakılığı hallarının artması əhalinin maddi vəziyyətinin ağır olması ilə sıx əlaqəlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video