Alternative content

08:01 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:29 22.08.2019 Ümid yeri
00:11 22.08.2019 Rusiya G7-yə qoşulur
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək
“Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:34 08.08.2019

Avqustun 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində "Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək. Xəzər günü ərəfəsində keçiriləcək və yüzlərlə insanın iştirak edəcəyi aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır”.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə Milli Məclisin deputatları, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak edəcəklər: "Belə bir kütləvi aksiyanın keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib. Ümid edirik ki, hər kəs ətraf mühitə, çimərliklərə, Xəzərin təmizliyinə daha məsuliyyətlə yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq”.

İ.İbrahimova qeyd edib ki, 2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust Xəzər günü kimi qeyd edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM