Alternative content

08:03 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:29 22.08.2019 Ümid yeri
00:11 22.08.2019 Rusiya G7-yə qoşulur
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qayğı xoş ovqat yaradır
Qayğı xoş ovqat yaradır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:16 08.08.2019


Ağdamın böyük bir hissəsi 1993-cü ilin iyul ayından bəri işğal altındadır. Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə rayon ərazisinin dörddə üç hissəsini odlara qalayıb viran qoymuş, tarixi abidələri, milli mədəniyyət nümunələrini, kəndləri, şəhərləri yerlə yeksan etdilər. İsti yuvasından, doğma ev-eşiyindən perik salınan ağdamlılar məcburi köçkünə çevrilib ölkənin yaxın-uzaq bölgələrinə səpələndilər.

Əhalinin əksəriyyəti yük vaqonlarında, qarğı-qamışdan tikilib palçıqla suvanmış daxmalarda, yaxşı halda isə çadır şəhərciklərində unudulması mümkünsüz olan əzablı günlər yaşadılar. Ürəklərində dövlətə, Prezidentə yenilməz inamla çətinliklərə səbirlə dözdülər, tablaşdılar, ağır məşəqqətlərə sinə gərdilər. 2003-cü ildə prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev Bərdə rayonu ərazisində salınmış türk "Qızıl ay” çadır şəhərciyində məskunlaşan məcburi köçkünlərlə görüşündə ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacağını, qaçqın və məcburi köçkünlərin probleminin həlli onun üçün hər zaman prioritet olacağını vəd etdi. Belə də oldu. Prezident İlham Əliyev çox qısa zaman kəsiyində ölkədə bütün çadır şəhərciklərinin ləğvinə, əvəzində hər cür sosial infrastruktura malik çoxsaylı yeni yaşayış məhəllələrinin, yaraşıqlı qəsəbələrin inşasına nail oldu. İndi təkcə Ağdam rayonu ərazisində salınan yeni yaşayış qəsəbələrinin sayı 18-ə çatır. Bu, müxtəlif bölgələrə səpələnmiş ağdamlı məcburi köçkünlərin doğma rayona qayıtmasına, uzun zamandan bəri həsrət qaldıqları yurdun havasını udmağa, suyunu içməyə imkan verir.

Dövlətin davamlı qayğısından güc alan ağdamlılar həvəslə tikib-qurur, yaşadıqları ərazini abadlaşdırır. İstifadələrində olan torpağın hər qarışından maksimum səmərəli istifadə etməyə çalışaraq bol taxıl, pambıq, ət, süd, meyvə, bostan-tərəvəz məhsulları istehsal edirlər. Beləcə, Ağdam kəndlisi həm ölkə iqtisadiyyatının güclənməsinə, ərzaq bolluğu yaradılmasına sanballı töhfələr verir, həm də öz halal zəhmətilə ailə təknəsinin bol ruzisini təmin edir.

Ağdamdakı sağlam mənəvi-psixoloji mühitin mövcudluğu hər kəsdə rahatlıq, könül xoşluğu yaradır. Bu reallığın əsas şərti Azərbaycan Prezidenti İlham Əliyevin dövlət məmurlarına xalqa xidmətlə bağlı verdiyi tapşırıq və tövsiyələrə rayon rəhbərliyinin məsuliyyətli münasibətidir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov həftənin bütün günlərində rayon sakinlərini qəbul edir, onların şikayət və təkliflərini dinləyir, qarşıya çıxan problemlərin həlli üçün zəruri tədbirlər görür. Vaxtaşırı müxtəlif ərazilərdə keçirilən səyyar qəbul-görüşlər isə əhali ilə canlı ünsiyyətin qurulmasında ən yaxşı vasitədir. Bu ilin altı ayı ərzində 24 belə görüş keçirilmişdir. Bütövlükdə görüşlərdə təxminən 3 min nəfər iştirak etmiş, 500-dən çox məsələ müzakirə edilmişdir. Edilən şikayətlərin, verilən təkliflərin əksəriyyəti elə yerində də öz həllini tapır. Səyyar qəbul-görüşlərdə rayonun idarə və müəssisələrinin, xidmət təşkilatlarının rəhbərləri iştirak edirlər. Səslənən təklif və şikayət hansı təşkilata aiddirsə, onun rəhbəri görəcəyi tədbirlə bağlı dərhal məlumat verir. Qarşıya çıxan problem rayonun imkanları xaricində olanda rayon icra hakimiyyətinin başçısı respublikanın əlaqədar nazirlik və komitələri ilə əlaqə yaradıb kömək istəyir. Əksər hallarda problem öz həllini tapır.

Şəkinin Aşağı Küngüt kəndində məskunlaşmış Asif Nəsirov deyir:

- İyun ayının sonu idi. Yaşadığımız ev və tövləmiz yandı. Xeyli mal-qaramız tələf oldu. Rayonumuzun icra başçısı Vaqif Həsənov hadisədən xəbər tutan kimi gəlib vəziyyətlə tanış oldu. Rayon icra hakimiyyətinin xətti ilə bizə xeyli maddi yardım edildi. Üç ailənin yaşadığı, yanıb yararsız vəziyyətə düşmüş evin təmir olunması ilə bağlı rayonun rəhbəri yanımızdaca Qaçqınkoma müraciət etdi. İki gündən sonra təmir işlərinə başladılar.

Mahrızlı kəndində məskunlaşmış Xocalı sakini Emil Mirzəyev:

- Dəmir vaqonda ağır şəraitdə yaşayırdıq. Vəziyyətin dözülməz olduğundan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova müraciət etdim. Söz verdi ki, vəziyyətə gəlib baxacağam. Çox keçmədi ki, gəldi. Bundan sonra qısa müddət ərzində ailəmiz üçün 4 otaqlı ev tikib istifadəmizə verdilər. Bilirik ki, bu şəraiti yaradan Prezident İlham Əliyevdir. O, həmişə məmurlara tapşırır ki, xalqa yaxşı xidmət edin. Ailəmizin bütün üzvləri adından "çox sağ olun, cənab Prezident!” deyirəm.

Şəhid anası Qənirə Əmrahova:

- Ailəmiz ev sarıdan korluq çəkirdi. Onu da bilirdik ki, ölkəmizdə şəhid ailələrinə hərtərəfli qayğı və ehtiram göstərilir. Bu imtiyazdan istifadə etməyə utandığım üçün uzun illər sakit dayandım. Amma bir dəfə Heydər Əliyev Fonduna müraciət etdim. Birinci vitse-prezident Mehriban xanım Əliyeva xeyirxahlığını əsirgəmədi. Yaşadığımız Evoğlu kəndində ailəmiz üçün yaraşıqlı, hər cür rahatlığı olan ev inşa olundu. Fürsət düşmüşkən rayon icra hakimiyyətinin rəhbərliyinə də minnətdarlığımı bildirmək istəyirəm. Onlar tez-tez tikintiyə baş çəkirdi, lazımi köməyi əsirgəmirdilər.

Belə misalların sayını artırmaq da olar. Əsas odur ki, Prezident İlham Əliyevin xalqa nümunəvi xidmət göstərmək, hər bir ölkə vətəndaşını qayğı və diqqətlə əhatə etmək barədə dövlət məmurlarından tələbinin cəbhə bölgəsi olan Ağdamda icrası məmnunluq yaradır.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM