08 Avqust 2019 00:14
640
İQTİSADİYYAT
A- A+

6 ayda vergi daxilolmalarının 70 faizi qeyri-neft sektorunun payına düşüb


Məlum olduğu kimi, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə gizli iqtisadiyyatın səviyyəsinin azaldılması, vergidən yayınma hallarına son qoyulması, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, əlverişli sahibkarlıq mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün aşağı salınması, çevik inzibatçılığın yaradılması ilə bağlı vergi orqanlarının gördüyü işlər qeyd edilməklə yanaşı, qarşıya yeni vəzifələr də qoyulmuşdur.

Bu barədə Vergilər Nazirliyində cari ilin 6 ayı ərzində görülən işlərlə bağlı keçirilmiş yığıncaqda danışılmışdır. Qeyd olunmuşdur ki, yanvar-iyun aylarında vergi daxilolmalarının (o cümlədən qeyri-neft sektoru üzrə vergi daxilolmalarının) artım tempi bu sahədə ÜDM-in nominal artım tempini üstələyib. Daha sonra bildirilmişdir ki, dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, effektiv vergi nəzarətinin tətbiqi, vergi uçotunun düzgün qurulması istiqamətində hesabat dövründə aparılan tədbirlər nəticəsində gizli iqtisadiyyatda cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin başlandığı müşahidə edilir: "Cari ilin birinci yarısında qeydiyyata alınmış vergi ödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin yüksəlməsi vergi daxilolmalarına müsbət təsir edib”.

Yığıncaqda həmçinin diqqətə çatdırılmışdır ki, 6 ayda vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub: "Bunun 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı DSMF-yə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Vergilər Nazirliyi tərəfindən vergi yığımı üzrə proqnoza 108,8 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 70 faizi qeyri-neft-qaz sektorunun, 30 faizi neft-qaz sektorunun payına düşüb. Cari ilin 6 ayında 2019-cu il üzrə illik proqnozun 49,7, o cümlədən qeyri-neft sektoru üzrə 51,1 faizi icra olnub”. Bu barədə başqa bir fakt: "İlin əvvəlindən ötən 6 ayda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 14,3 faiz və ya 319 milyon manat artıb, bu sektor üzrə proqnoz 112 faiz icra edilərək əlavə 279 milyon manat vergi toplanıb. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77 faizə yüksəlib”.

O da bildirilmişdir ki, yanvar-iyun aylarında qeyri-neft sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib: "Daxilolmalarda ən yüksək artım templəri rabitə (48 faiz), bank və sığorta (45 faiz), nəqliyyat (23 faiz), xidmət (21 faiz), tikinti (7,7 faiz) və digər sahələrdə (19,8 faiz) qeydə alınıb”.

Yığıncaqda qeyd olunan digər müsbət göstərici hesabat dövründə regionlardan vergi daxilolmalarının 12,6 faiz artması, bölgələrin ümumi vergi daxilolmalarında xüsusi çəkisinin 10 faizə yüksəlməsidir. Eyni zamanda vurğulanmışdır ki, əmək bazarında şəffaflaşma proseslərinə başlanılması, nəticədə işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikası şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib və proqnoz 112,5 faiz icra olunub.

Şəffaflıqdan söz düşmüşkən onu da bildirək ki, cari ilin 6 ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7 faiz artaraq 61,3 faizə çatıb: "Ticarət sektorunda dövriyyə 22, o cümlədən pərakəndə ticarətdə 35, ictimai iaşədə isə 26 faiz artıb. Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 78 faizə yüksəlib. Təkcə topdansatış ticarətdə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 82 faizə qalxıb. Ticarət sektorunda isə dövriyyələrin şəffaflaşması özünü ƏDV dövriyyəsinin yüksək artım dinamikasında göstərir. Belə ki, ƏDV dövriyyəsi topdansatış ticarətdə 25,2, pərakəndə ticarətdə 40 faiz artıb. Bu sahələrdə alış əqdlərinin sənədləşməsi səviyyəsi də yüksəlir. Pərakəndə ticarətdə əldə edilən elektron qaimə-fakturaların dəyərində 50,2, ictimai iaşədə 23,1 faiz artım qeydə alınıb”.

Diqqətə çatdırılmışdır ki, şəffaflaşma prosesi özünü bank sektorundan keçən dövriyyələrin yüksək artım dinamikasında və digər müsbət monetar effektlərin baş verməsində də göstərir: "Vergi ödəyicilərinin bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərinin məbləğinin azalması, habelə qeyri-dövlət sektorunun müəssisələrinin ƏDV depozit hesabında olan vəsaitlərinin qalığının 2,3 dəfə artması buna əyani sübutdur. Bu şəraitdə özəl sektor müəssisələrinin banklarda Azərbaycan manatı ilə olan cari hesablaşma hesablarında vəsaitlərin qalığı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 49, cari ilin əvvəlindən isə 20 faiz artıb ki, bu da ölkədə nağdsız əməliyyatların genişlənməsinin və dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir”.

Gizli iqtisadiyyatın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. Yığıncaqda bu barədə danışılarkən nəzərə çatdırılmışdır ki, cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm fiskal nəticələr verir: "Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Son məlumata görə, cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub”.

İqtisadiyyat şöbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video