07 Avqust 2019 22:03
377
DÜNYA
A- A+

Türkiyə və ABŞ Suriyada təhlükəsizlik zonası yaradılması barədə razılıq əldə ediblər

Türkiyə və ABŞ Müdafiə nazirliklərinin rəsmiləri Suriyanın şimalında bufer təhlükəsizlik zonası yaradılması barədə razılıq əldə ediblər. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu dəhliz məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verəcək.

Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, yekun razılaşma tərəflərin Ankarada keçirilən görüşündən sonra əldə edilib. Belə ki, eni 30 kilometrdən 40 kilometrədək olacaq təhlükəsizlik zonası Türkiyə hərbçiləri tərəfindən ABŞ ilə əlaqələndirmə şəraitində nəzarətə götürüləcək. PKK/YPG silahlı qruplaşmaları bu ərazidən təmizlənəcək və onların ağır silahları alınacaq. Həmçinin, Ankaranın terrorçu elan etdiyi bu təşkilatların tikdikləri tunel, səngər və istehkamlar da dağıdılacaq. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün mərkəz qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video