07 Avqust 2019 17:03
483
DÜNYA
A- A+

Qrenlandiya 12,5 milyard ton buz itirib


Qrenlandiyada buzlar fəlakətli şəkildə əriyir. Cari ayın əvvəlindən bəri adada 12,5 milyard ton buz ərimişdir. Alimlər iddia edirlər ki, bu həcmdə əriyən buzla Florida ştatını batırmaq olar.

Mütəxəssislər buzların sürətlə əriməsini 1950-ci ildə tədqiqatlar başlayandan bəri ilk dəfə müşahidə edirlər. Buz örtüyünün səviyyəsi 1 millimetr aşağı düşmüşdür. Həmçinin alimlər aşkarlamışlar ki, bu il artıq 248 milyard ton buz ərimişdir. Bu göstərici 2011-ci il rekorduna yaxındır. O vaxt il ərzində 250 milyard ton buz örtüyü ərimişdir.

Buzların əriməsinə səbəb kimi Avropada isti hava göstərilir. Qitədə havanın qızması Qrenlandiyada temperaturu 15-30 dərəcə qaldırmışdır. Əriyən buzun günəş şüalarını əks etdirməməsi ərimə prosesini daha da gücləndirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video