Alternative content

01:59 24 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
00:59 07.08.2019


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alır:

"Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

"4. "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə fərqli qayda müəyyən edilmiş hallar istisna olmaqla, bu Qanunun müddəaları kredit kooperativlərinə də şamil olunur.”.

2. 2.1-ci maddəyə "bu Qanundan” sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

3. 3-cü maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

"2. Kredit ittifaqının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.”.

4. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:

"Maddə 18-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

Kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı fəaliyyəti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.”.

5. 20-ci maddənin 2-ci hissəsinə "mislindən” sözündən sonra "(kredit kooperativinin üzvü istisna olmaqla)” sözləri əlavə edilsin.

6. Mətn üzrə ismin müvafiq hallarında "xüsusi razılıq” sözləri ismin müvafiq hallarında "lisenziya” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM