Alternative content

11:35 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hədəf dəyişmir
Hədəf dəyişmir
ANA SƏHİFƏ / SİYASƏT
00:53 07.08.2019


Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətin əsas məqsədidir


Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qeyd olunan əsas məqam ondan ibarət oldu ki, bütün iqtisadi islahatların, reallaşan nəhəng layihələrin, əldə edilən gəlirlərin və maliyyə resurslarının böyük bir qisminin sosial sahəyə, insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilməsi bundan sonra da davam edəcək.

Dövlət başçısı müşavirədəki çıxışında bu ilin əvvəlində 4 milyondan çox insanı əhatə edən çox böyük sosial paketlərin təsdiqlənməsindən, minimum əməkhaqqı və pensiyaların əhəmiyyətli dərəcədə qaldırılmasından danışdı və məxsusi olaraq vurğuladı: "Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir”.

Prezident İlham Əliyev hələ ilin əvvəlində bəyan etmişdi ki, bu il sosial inkişafla bağlı çox fərqli bir il olacaq. Elə də oldu. Prezident iki böyük sosial islahat paketi təsdiq etdi. Birinci paket illik 1,6 milyard manatlıq maliyyə tələbi ilə 3 milyon insanı əhatə etdi və qısa müddət ərzində tam şəkildə icra olundu. Ardınca ikinci sosial paket qəbul edildi və o, sentyabr ayının 1-dən etibarən icra olunmağa başlanacaq.

Artıq minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan 400 min nəfərin əməkhaqlarının artırılması, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının təqaüdünün artırılması ilə bağlı bütün hazırlıq işləri yekunlaşmışdır. Beləliklə, hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard, növbəti il üçün 3 milyard manat olmaqla 4,2 milyon vətəndaşı əhatə edir.

Azərbaycanda MDB məkanında alıcılıq qabiliyyəti üzrə minimum pensiya birinci, minimum əməkhaqqı ikinci göstərici olacaqdır. Üstəlik, müavinət və təqaüdlərin artırılması əlilliyi olan 300 min şəxsə, 500 min məcburi köçkünə, 100 min tələbə və gəncə şamil edilir. Yəni bu artımlar əhalinin sosial cəhətdən ən həssas təbəqəsinə aiddir və onların gəlirlərini çox əhəmiyyətli şəkildə artırır. Bunlardan əlavə, qanunvericilikdə aparılan islahatlar sosial sığorta amnistiyası elan edilməsinə imkan yaratmışdır. Bu hesaba 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq olunması qərara alınmışdır.

Özünüməşğulluq sahəsində görülən işlər də minlərlə ailəyə öz güzəranlarını təmin etməyə imkan yaradır. Ötən il bu proqram 6 min ailəni əhatə etmişdir. Bir sözlə, 6 min ailə mikro və kiçik biznesə başlaması üçün aktivlərlə təmin olunmuşdur. Bu il isə İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edilməsi hesabına əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Artıq cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Müraciətlərə baxılarkən əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir.

Bu layihəyə əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub və 1000-ə yaxın ailə məhz bunun sayəsində öz kiçik biznesinə başlayacaq. Sentyabr ayında isə Dünya Bankı (DB) layihə ilə bağlı təklifini Azərbaycan hökumətinə təqdim edəcək və DB də gələn ildən bu layihəyə qoşulacaq. Onu da qeyd etmək yerinə düşərdi ki, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsi şəxsən dövlət başçısı tərəfindən qaldırılan məsələdir.

Məlum olduğu kimi, may ayında Bakıda Beynəlxalq Sosial Təminat Agentliyinin Avropa Forumu keçirilmiş və 55 ölkənin sosial təminat agentliklərinin rəhbərləri DOST mərkəzini ziyarət etmişlər. Qonaqlar bu yeni qurumun fəaliyyətini çox yüksək qiymətləndirmişlər.

Həqiqətən, DOST mərkəzi qısa müddətdə çox böyük rəğbət qazanmışdır. Bunu təxminən iki ay ərzində mərkəzə 20 min vətəndaşın müraciət etməsi də təsdiqləyir. Məlumat üçün bildirək ki, DOST-da göstərilən xidmətlərin sayı 126-dır. Yaxın zamanlarda daha 3 mərkəzin açılması üçün işlər görülür və yaxın müddət ərzində onlar da açılacaq. Bununla Bakının 80 faizi DOST-un xidmətləri ilə əhatə olunacaq. Eyni zamanda regionlarda DOST mərkəzlərinin açılmasına start veriləcək. Beləliklə, DOST mərkəzi Prezidentin növbəti təşəbbüslərindən biri kimi formalaşaraq Azərbaycanın brendinə çevriləcəkdir.

Sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş son müşavirədə dövlət başçısı bir daha vurğulamışdır ki, sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olacaq: "Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən iki dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM