07 Avqust 2019 00:28
990
İDMAN
A- A+

“Qarabağ”ın Kipr zəfəri


Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib. Təmsilçimiz "Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Kiprdə APOEL klubu ilə qarşılaşıb.

Nikosiyada keçirilən matçın 54-cü dəqiqəsində Ağdam klubu hesabı açıb. Mahir Emrelinin zərbəsi dəqiq alınıb - 0:1. Oyunun ikinci hissəsində "Qarabağ”ın yeni transferi Maqaye Qeye meydana daxil olub. Matçın 68-ci dəqiqəsində Mahir Emrelinin əvəzinə meydana girən fransalı forvardın 70-ci dəqiqədə topa ilk toxunuşu qolla nəticələnib - 0:2. Oyuna əlavə edilmiş vaxtda isə ev sahibi buraxdığı qollardan birinin əvəzini çıxıb.

Beləliklə, səfərdə Kipr təmsilçisini 2:1 hesabı ilə məğlub edən "Qarabağ” zəfərləri sırasına daha birini də əlavə edib.

Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Dünən Yunanıstanda keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video