Alternative content

11:35 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqası: “Qarabağ” səfərdə APOEL-ə qalib gəlib
UEFA Çempionlar Liqası: “Qarabağ” səfərdə APOEL-ə qalib gəlib
ANA SƏHİFƏ / SİYASƏT
23:51 06.08.2019

Avqustun 6-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən APOEL-"Qarabağ” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk dəqiqələrdən topa nəzarət edərək rəqibin hücumlarının qarşısını alan "Qarabağ” birinci hissədə bir neçə təhlükəli vəziyyət yaradıb. Əks hücümlarla rəqibinə çətinlik yaradan Qurban Qurbanovun yetirmələri artıq 14-cü dəqiqədə qapı qarşısında təhlükəli vəziyyət yaradıb. Belə ki, APOEL-in müdafiəçilərinin səhvindən sonra Abdulla Zubir qapıçı ilə təkbətək qalsa da, rəqibin qapıçısı zərbənin qarşısını ala bilib. Oyunun 25-ci dəqiqəsində Abdulla Zubir yenidən diqqət mərkəzində olub. Üç müdafiəçini keçərək Mahir Emreliyə dəqiq ötürmə verib. Lakin müdafiəçilər topu uzaqlaşdırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsinin 53-cü dəqiqəsində "Qarabağ” hesabda önə keçib. Yenidən qurulmuş əks hücüm öz bəhrəsini verib. Xayme Romeronun verdiyi ötürmə Mahir Emrelini rəqibin qapıçısı ilə təkbətəkə çıxarıb. Azərbaycan milli komandasının futbolçusu uzaq küncü dəqiq nişan alaraq qola imza atıb - 0:1. Buraxılan qoldan sonra müdafiədə boşluqdan istifadə edən "Qarabağ” rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Altmış səkkizinci dəqiqədə öz oyunu ilə seçilən Abdulla Zubir sol cinahda rəqibin iki müdafiəçisini keçərək meydana təzə daxil olmuş Maqaye Qeye dəqiq ötürmə verib. Futbolçu ötürməni dəqiq zərbə ilə tamamlayıb - 0:2.

Oyunun sonlarına yaxın Qurban Qurbanov iki əvəzləmə ilə klubu müdafiəyə çəkib. Belə ki, Xayme Romeronu yerinə müdafiəyə daha dərin çəkilməyi bacaran Araz Abdullayevi, Riçard Almeydanın yerinə isə dayaq yarımmüdafiəçi Qara Qarayevi meydana çıxarıb.

Tam müdafiəyəyə çəkilən "Qarabağ” hesabı qorumağa çalışarkən rəqib qollardan birinin əvəzin çıxıb. Hakim David Massanın oyuna əlavə etdiyi vaxtın beşinci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Georqos Merkis dəqiq baş zərbəsi ilə adını tabloya yazdırıb - 1:2. Son dəqiqələrdə buraxılan qola baxmayaraq "Qarabağ” səfərdə çətin rəqibi üstələməyə nail olub.

Qeyd edək ki, cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci təsnifat mərhələsində Albaniya çempionu "Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada baş tutan ilk oyunda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları "Qarabağ”ı növbəti mərhələyə çıxarıb.

Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın "Dundalk” komandasından güclü olub. "Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı Mahir Emreli açsa da, Patrik Hoban bərabərlik topunu vurub. "Dalğa Arena”da keçirilən cavab matçı isə Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ” Xayme Romeronun dublu və Ailton Silvanın vurduğu qolla rəqibini darmadağın edib.

Mübarizəyə II təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun "Sutyeska” komandasını mübarizədən kənarlaşdırıb (1:0, 3:0).


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM