Alternative content

22:50 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qreypfrut kökəlməyə səbəb olmur və immuniteti gücləndirir
Qreypfrut kökəlməyə səbəb olmur və immuniteti gücləndirir
ANA SƏHİFƏ / Səhiyyə
17:39 06.08.2019

İlk dəfə qreypfrut XVIII əsrin axırlarında Barbados və Yamaykada aşkar olunsa da, tədqiqatçıların böyük əksəriyyəti onun şeddok və ya pompelmus adlı Asiya limonu ilə şirin portağalın təsadüfən hibridləşməsi nəticəsində yarandığını hesab edir. Bəzi mənbələrdə isə meyvənin vətəninin Cənubi Amerika və Hindistan olduğu göstərilir. Ölkəmizin iqlim şəraiti qreypfrut yetişdirmək üçün münasib deyil. Onu Türkiyənin cənub, cənub-qərb, şimal-şərq bölgələrində, xüsusən Anadoluda yetişdirirlər.

AZƏRTAC xəbər verir ki, qreypfrut hündürlüyü 6-7 metrə çatan ağacdır. İngiliscədən adının üzüm meyvəsi kimi tərcümə olunması heç də təsadüfi deyil, çünki onun meyvələri ağacda iri salxımlar şəklində yetişir.

Bir ədəd qreypfrutun enerji dəyəri təxminən 50 kaloriyə bərabərdir, az kalorili olduğuna görə pəhriz qidası kimi hər gün yeyilməsi məsləhət görülür. Tərkibində bol miqdarda C vitamini olduğuna görə orqanizmdə "qış xəstəliklərinə”, xüsusən də qrip və soyuqdəyməyə qarşı immuniteti gücləndirir. Yeməkdən əvvəl qəbul ediləndə iştahaaçıcı təsir göstərir, lakin orqanizmdə lipid və karbohidrat mübadilələrini sürətləndirdiyinə görə kökəlməyə səbəb olmur, əksinə yağların parçalanmasını sürətləndirir.

İnfeksion xəstəliklər zamanı xəstəyə verilməsi sağalmanı sürətləndirir. Qreypfrut, həmçinin həzmi və bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır, fiziki və zehni yorğunluğu aradan qaldırır və orqanizmi gümrahlaşdırır. Meyvənin tərkibində olan bəzi maddələr şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir.

Meyvədə olan qırmızı rəngli likopen adlı piqment təbiətdə rast gəlinən ən güclü antioksidantlardan biridir, orqanizmdə yaranan atipik hüceyrələri məhv edir və xərçəngin inkişafının qarşısını alır.

Meyvənin acıtəhər dadı var, ona acılıq verən maddələrin əsas hissəsi qabığına yaxın və arakəsmələrdə yerləşir. Ona görə də qreypfrutun qabıqlarını soyanda və ya şirəsini sıxıb içəndə acılıq demək olar ki, hiss edilmir. Qabığından alınan yağ C vitamini ilə zəngindir, qrip və soyuqdəymə zamanı qəbul olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM