06 Avqust 2019 16:41
607
DÜNYA
A- A+

Uruqvay ABŞ-a səfər edən vətəndaşlarına xəbərdarlıq etdi


Uruqvay ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşlarını bu ölkədə nifrət və zorakılıq zəminində törədilən cinayətlərin sayının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırmışdır. Çağırış Uruqvay Xarici İşlər Nazirliyinin bəyanatında yer almışdır.

Bəyanatda deyilir ki, nazirlik ABŞ-a səfər etmək niyyətində olan vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırır. ABŞ-da nifrət və irqçilik zəminində törədilən cinayətlər nəticəsində son altı ayda 250 nəfərdən çox adam həlak olmuşdur. Bəyanatda qeyd olunur ki, ABŞ hakimiyyət orqanları belə hadisələrin qarşısını ala bilmir. Sənəddə Uruqvay vətəndaşlarına tövsiyə edilir ki, ABŞ-da olarkən adamların toplaşdığı yerlərə getməsinlər, tematik parklara, ticarət mərkəzlərinə, festivallara, dini və mədəni tədbirlərə qatılmasınlar, uşaqlarını belə yerlərə aparmasınlar.

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti vətəndaşlarını Uruqvayda cinayətkarlığın səviyyəsinin artması ilə əlaqədar bu ölkəyə səfər edərkən təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırmışdı. Digər tərəfdən, keçən həftə ABŞ-ın Texas və Ohayo ştatlarında ticarət mərkəzində və barın yanında açılmış atəş nəticəsində təxminən 30 nəfər həlak olmuşdur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video