Alternative content

03:26 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü
Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü
ANA SƏHİFƏ / Elm və texnika
12:29 06.08.2019
Avqustun 6-da Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlanıb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda dünyanın çoxsaylı ölkələrindən məktəblilər bilik və bacarıqlarını sınayırlar.

1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Xatırladaq ki, olimpiadanın açılış mərasimi Bakı Konqres Mərkəzində təşkil edilib. Bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün "Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Məktəblilər "Atletlər kəndi”ndə yerləşdirilib. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərir və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru "Acer” şirkətidir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru "Azercell Telekom” tədbirin "İstedadların rəqəmsal sponsoru”, "PAŞA Bank” isə "İstedad sponsoru” kimi dəstək verir.

İctimai Televiziya olimpiadanın baş media tərəfdaşıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM