Alternative content

01:58 24 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerGold” QSC qızıl və gümüş istehsalında rekorda nail olub
“AzerGold” QSC qızıl və gümüş istehsalında rekorda nail olub
ANA SƏHİFƏ / ELANLAR
00:53 06.08.2019


"AzerGold” QSC tərəfindən Çovdar filiz emalı sahəsində əməliyyat işləri üzrə aparılan optimallaşdırma tədbirləri, işçi heyətinin təcrübə və peşəkarlığının artması və tətbiq olunan texnoloji həllər hasilatda müsbət nəticələrini verməkdədir. Belə ki, cari ilin iyul ayında "AzerGold” QSC 2019-cu il üçün rekord həcmdə qızıl istehsal edib. Hesabat dövründə 5495 unsiya qızıl istehsal edilib ki, bu da nəzərdə tutulan planı 23 faiz üstələyib. Gümüş istehsalı isə 10995 unsiya təşkil edərək, nəzərdə tutulan planı 41 faiz üstələyib və bununla da cəmiyyət bütün fəaliyyət dövründə rekord göstəriciyə yüksəlib. Hesabat dövründə filiz xırdalanması nəzərdə tutulan planı 31 faiz üstələyərək 130810 ton təşkil etmişdir ki, bu da cəmiyyətin bütün fəaliyyəti dövründə rekord göstəricidir.

Cari hasilat prosesinin optimallaşdırılması və qiymətli metalların hasilatının maya dəyərinin azaldılması ilə yanaşı, "AzerGold” QSC yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədilə kəşfiyyat işlərini uğurla davam etdirir. Belə ki, iyul ayında 7285 metr geoloji buruqqazma işləri görülüb. İlin sonunadək bu rəqəmin 40 min metrə çatdırılması planlaşdırılır. Kəşfiyyat proqramı Çovdar yatağının yerüstü və yeraltı ehtiyatlarının artırılmasını, qızıl və gümüşə perspektivli olan Ağyoxuş, Mərək və Tülallar sahələrində buruq-qazma işlərini və ehtiyatların təsdiqini, habelə Filizçay polimetal yatağında ehtiyatların beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Hazırda "AzerGold” QSC tərəfindən aparılan kəşfiyyat işləri gələcəkdə milli mədənçilik sənayesinin mənfəətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi tərəqqisinə, həmçinin qeyri-neft sektorunun daha da dinamik inkişafına töhfə verməyə hədəflənib.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM