Alternative content

01:17 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şagirdlər üçün yay məktəbi sona çatıb
Şagirdlər üçün yay məktəbi sona çatıb
ANA SƏHİFƏ / ELANLAR
00:51 06.08.2019


ADA Universiteti və "Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi yay məktəbinin bağlanış mərasimi keçirilib.


Dörd həftə davam edən yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emalı, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerjinin əldə edilməsi və s. barədə ətraflı məlumat verilib, müxtəlif mövzularda mühazirələr oxunub. Yay məktəbinin iştirakçıları, həmçinin təkrar emal müəssisələrində olub, onlar üçün müxtəlif intellektual oyunlar və ustad dərsləri təşkil edilib.

Yay məktəbinə qatılan 160 şagirdə sertifikat təqdim olunub.

Tədbirdə çıxış edən ADA Universitetinin nümayəndəsi Nərgiz İsmayılova yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verdiyini vurğulayaraq, yeniyetmələrin maarifləndirici və əyləncəli düşərgədə faydalı biliklər əldə etdiyini bildirib. Qeyd edilib ki, şagirdlər üçün "Təmiz Şəhər” ASC-nin zavodlarına, Balaxanı Sənaye Parkına və "Tullantıdan sənətə” muzeyinə təşkil olunan ekskursiyalar yeniyetmələrdə ətraf mühitin qorunması və tullantıların idarə olunması barədə biliklərini artırıb.

"Təmiz Şəhər” ASC-nin nümayəndəsi Elmar Məlikov yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydaları barədə məlumat verib. Bildirib ki, gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. "Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsinin daha sonra səhmdar cəmiyyətdə işləməyə başladığı da diqqətə çatdırılıb.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM