05 Avqust 2019 22:48
879
Mədəniyyət
A- A+

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı


İyulun 31-də startı verilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki hissədən ibarət konsertin birinci hissəsində tamaşaçılar dünya şöhrətli pianoçu Oksana Yablonskaya, violin ifaçısı Janna Qandelman, pianoçu Murad Adıgözəlzadə və XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, məşhur violonçel ifaçısı Dmitri Yablonskinin ifasında F.Mendelson və İ.Bramsın əsərlərini dinləyiblər.

Konsertin ikinci hissəsində Türkiyənin "Mirakulum” triosu geniş proqramla çıxış edib.

Əvvəlcə trionun yaradıcılarından olan pianoçu Aytac Rzaquliyeva kollektivin fəaliyyəti və ifa olunacaq əsərlər barədə qısa məlumat verib. Bildirilib ki, "Trio Mirakulum” 2018-ci ildə violin ifaçısı Mert Özkanın və pianoçunun özünün təşəbbüsü ilə yaradılıb. "Mirakulum” sözünün ingilis dilindən tərcüməsi "möcüzə” deməkdir.

Trionun yaradıcılarından olan Aytac Rzaquliyeva Bakı şəhərində anadan olub. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirən musiqiçi L.Filatova, F.Bədəlbəyli, C.Qarayev, Y.Milşteyn, P.Messner kimi məşhur musiqiçilərin ustad dərslərində iştirak edib. O, Azərbaycan, Rusiya, Türkiyə, Portuqaliya və digər ölkələrdə konsert proqramları ilə tamaşaçıların qarşısına çıxıb. Aytac Rzaquliyeva hazırda Mərmərə Universitetində fortepiano və musiqişünaslıq üzrə dərs deyir, konsert, seminar və ustad dərslərlə çıxışlar edir.

Qrupun tərkibinə, həmçinin Türkiyədən olan musiqiçilər violin ifaçısı Doğu Kaptaner və violonçel ifaçısı Firat Semerçioğlu daxildirlər.

Konsertdə D.Şostakoviçin, G.Svirdovun, Q.Qarayevin, A.Piazollanın, İ.Mirzəyevin və O.Balcının əsərləri səsləndirilib.

Tamaşaçılar musiqiçilərin ifalarını alqışlarla qarşılayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video