Alternative content

21:32 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dərini cavanlaşdıran ətirli vannalar
Dərini cavanlaşdıran ətirli vannalar
ANA SƏHİFƏ / Səhiyyə
12:54 05.08.2019

Bitki vannaların təsir gücü lap qədim zamanlardan sübut edilib. Müalicəvi effektə malik bitkilər dəridən orqanizmə daxil olaraq sağlamlaşdırıcı təsir edir və xoş əhval-ruhiyyə yaradır. Bundan başqa, bitki vannaları bədənə özünəməxsus zərif ətir bəxş edir. Xoş ətirli vanna çox asanlıqla hazırlanaraq yorğunluğu aradan qaldırır, sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini cavanlaşdırır və təmizləyir.

Gigiyenik və müalicə məqsədilə tətbiq edilən vanna qəbulu dərinin solğunluq və quruluğunun qarşısını alaraq stress əleyhinə təsir göstərir. Vanna suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. digər effektlər vermək olar.

AZƏRTACdəri üçün faydalı olan bəzi müalicəvi vanna reseptlərini təqdim edir.

Vanilli vanna:yorğunluq zamanı 8 damcı vanil yağı və 200 ml qaymaq vannasının 12 dəqiqə qəbul edilməsi müsbət təsir göstərir.

Kəcəvər vannası:5 xörək qaşığı kəcəvər kökümsovu 1 litr qaynar suda 10 dəqiqə dəmləniləndən sonar vannaya əlavə edilib 10 dəqiqə qəbul edilməsi bədənə gümrahlıq verir və dərini qidalandırır.

Ətirli vanna:2 xörək qaşığı bal, hərəsindən 2 damcı olmaqla adaçayı yağı və jasmin yağından ibarət 15 dəqiqə vanna qəbul xoş ətir gəlməsinə səbəb olur.

Kəklikotu vannası:hərəsindən 100 qram olmaqla dərman xəşəmbül otu və kəklikotu 2 litr qaynar suda 2 saat dəmlənilir. Günaşırı 15 dəqiqə olmaqla 10 vanna qəbul edilir.

Qara çay vannası:4 desert qaşığı qara çayın üzərinə 250-300 ml qaynar su əlavə edilərək 10-15 dəqiqə dəmlənilir. Onun qəbul edilməsi orqanizmi tonuslandırır, dəriyə zəif qaralma effekti verir.

Duz vannası:1.5 kiloqram dəniz və ya xörək duzu bütün vannaya əlavə edilərək qarışdırılır. Arıqlamaq istəyənlər və dərisində qırışlar olanlar üçün çox səmərəlidir.

Yağlı dəri üçün:4:4:3:2 nisbətində cökə çiçəyi, qaraqınıq otu, dazıotu otu və ardıc meyvələri qarışdırılıb dəmlənilir və 10-15 dəqiqə qəbul edilir.

Quru dəri üçün:ayrıca zəyərək toxumu və aptek çobanyastığı dəmlənilir, bütün vannaya əlavə edilir və 10-15 dəqiqə qəbul edilir.

Uşaqlar üçün vanna:hərəsindən 40 qram olmaqla qaraqınıq otu, yatıqqanqal otu, dəvədabanı yarpağı, gülümbahar çiçəyi və üçrəng bənövşə otu qarışdırılır. Üzərinə 3 litr qaynar su əlavə edilərək 2 saat dəmlənilir. 8-10 dəqiqə müddətində körpə uşaqlar vanna edilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM